Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb
Icma.az bildirir, Apa.az-ə istinadən Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,29% artaraq 2 693,5 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,06% azalaraq 32,59 ABŞ dollarına bərabər olub.
