Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan tərəfinin Azərbaycan ərazilərinə fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
APA xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin bu gün Xocalıda baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında deyilir.
Paylaşımda qeyd olunur ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb.
İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur.
Qeyri-adi humanitar fəsadları və minalanmış ərazilərin qalmasının sülh və barışıq səyləri üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Azərbaycan minaların təmizlənməsində beynəlxalq ictimaiyyətin dəstəyinə güvənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Fevral 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















