Ən bahalı geyimim 500 manatdır İzzət Bağırov
Icma.az bildirir, Milli.az portalına istinadən.
"İlk dəfə efirə saqalla mən çıxmışam. Saqalla efirdə müğənni olmayıb. 1990-cı illərdə bir dəfə saqqalla efirə gəldim, böyük problem oldu. Dedilər ki, saqqalını qırx, yoxsa efirə çıxa bilməzsən. Məni efirə buraxmadılar".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Zarafat bir yana" verilişində deyib. Sənətçi şou-biznesdə bir çox yenilikləri özünün etdiyini deyib:
"Mən də getdim saqqalımı qırxdım, qayıdıb efirə çıxdım. Sonralar isə artıq bunu qəbul etdirdim. Dedim ki, bu mənim imicimdir. Saqqalım da, jeleli saçlarım da imicimin bir hissəsidir. Saçda xətt qoymağı, kəkili, uzun yaxalıqları mən gətirmişəm".
Sənətçi geyimlərinə çox pul xərcləməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:
"Ən bahalı paltalarımın olduğunu deyə bilmərəm. Elə də bahalı geyimlərim yoxdur. Qiymət demək də düzgün olmaz. Belə şeyləri efirlərdə danışmaq istəmirəm. Amma suala cavab olsun deyə bir qiymət deyəcəyəm. Ən bahalı geyimim 500 manatdır". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:115
Bu xəbər 04 İyul 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















