Icma.az
close
up
RU
Ən çox hansı bankların kartlarından oğurluq edilir?

Ən çox hansı bankların kartlarından oğurluq edilir?

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Açıqlanan təkcə rəsmi rəqəmlərə görə, son 4 ayda Azərbaycanda bank kartlarından vətəndaşların 6 milyon manatdan çox vəsaiti oğurlanıb. Heç də bütün oğurluq hallarının rəsmi qeydiyyata alınmadığını nəzərə alsaq, reallıqda bu göstəricinin azı iki dəfə artıq olduğunu güman etmək olar. Üstəlik də, hər gün hüquq-mühafizə orqanları vətəndaşların bank kartlarından on minlərlə, yüz minlərlə manat pul oğurlandığı barədə hesabatlar verirlər və bu məlumatlar artıq mətbuatın gündəlik xəbər lentində daimi yer almaqdadır.

Müvafiq orqanlar, o cümlədən həmin kartları birbaşa vətəndaşlara paylayan banklar isə günahı və məsuliyyəti min cür reklamla tələyə salıb özünə müştəri etdiyi vətəndaşın boynuna ataraq, yaxasını kənara çəkir. “Təsdiqləməyin”, “linki açmayın”, “şəxsi məlumatlarınızı verməyin” və s. kimi xəbərdarlıqlarla işlərini bitmiş hesab edirlər.

Vətəndaş dedikdə, buna təkcə ali savadlı, gənc, tədbirli, sağlam, “gözüaçıq” deyil, savadsız, ahıl, qüsurlu insanlar da aiddir. Bu adamların hamısının kiberoğrularla “gizlənpaç” oynamaq fərasəti, imkanı yoxdur. Bnaklar isə görürlər ki, bu xəbərdarlıqlar işləmir, vətəndaşların pulu oğurlanmaqda davam edir, buna baxmayaraq, heç bir əlavə tədbir görülmür, təhlükəsizlik gücləndirilmir.

Maraqlıdır ki, ən çox hansı bankların kartlarından pul oğurlandığı barədə heç bir məlumat, statistika verilmir. Bu, “bank sirri” və s. bəhanələrlə əlaqələndirilsə də, əslində, ölkə vətəndaşının bunu bilməyə haqqı var. Məlum məsələdir ki, Azərbaycanda ən iri banklar “Kapital Bank”, ”ABB”, “Bank Resbublika”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Unibank”, “AccessBank”, “Rabitəbank” və bir neçə digər bank olduğu üçün, məntiqlə, dövriyyədəki ən çox müştəri kartı da bu cür banklara aiddir. Həmçinin, hansı bank daha çox kart veribsə, böyük ehtimalla, ən çox pul oğurluğu da bu bankların kartlarına aiddir. Əgər belə deyilsə, sözügedən banklar və hüquq-mühafizə orqanları bunun əksini sübut etmək üçün ən çox oğurluq olan bank kartlarının siyahısını dərc etsinlər. Bu zaman həmin banklar daha məsuliyyətli olmağa, müştərilərin kartlarının təhlükəsizlik səviyyəsini artırmağa məcbur olarlar.

Yox, əgər bunu “bank sirri” adıyla ört-basdır edirlərsə, zəhmət çəkib vətəndaşların da kart sirrini elə qorusunlar, identifikasiya tədbirlərini elə gücləndirsinlər ki, bu cür oğurluqların qarşısıı tam olmasa da, böyük ölçüdə alınsın. Axı, vətəndaş hər nə qədər səhvə yol versə də, köçürmə, vəsaitin çıxarılması barədə son qərarı bank verir. Deməli, köçürmələr zamanı identifikasiya, yoxlama tədbirləri gücləndirilməlidir.

Yeri gəlmişkən, bank kartları sarıdan ən aktiv banklar kimi “Kapital Bank” və “ABB” öndədir. Bu sırada “Rabitəbank”, “Bank of Baku”, “Unibank”, “Bank Respublika”, “Accesbank”, “Exspressbank” kimi banklar da bank kartları bazarındakı rəqabətdə az qala bir-birilə “qırğına çıxırlar”. Deməli, oğurluq edilən kartların siyahısında bu bankların da sanballı payı var. Televiziyalar, qəzetlər, xəbər saytları, küçə banerləri bunların cəlbedici kart reklamları ilə doludur. Yəni, reklama, kampaniyalara və s. gələndə pul tapırlar, amma müştəri kartlarının təhlükəsizliyini təmin etməkdən ötrü əlavə işlərə imkan, vəsait tapmırlar. Öz aktivlərini, gəlirlərini “göz bəbəyi kimi qoruyan” banklar vətəndaşın vəsaitini də o cür qorumalıdır, “özünüz günahkrasız” deyib, kənarda durmamalıdır.

O da maraqlıdır ki, mütəxəssislərin də dediyi kimi, kiberoğurluq hadisəsi daha çox kartlara yüksək məbləğdə pul köçəndə baş verir. Yəni, cinayətkar dəstə hansısa müştəriyə böyük məbləğdə pul köçdüyünü bildiyindən məhz ona zəng edir, sms göndərir, link atır və sair. Bu isə bir çox ekspertlərin fikrincə, o deməkdir ki, koberoğruların hansısa formada banklarla, yaxud həmin bankların məlumat bazasına çıxışı olan şəxslərlə əlaqəsi var.

Burada banklardan məlumat sızıntısı ehtimalı olduqca yüksəkdir. Çünki kibercinayətlər mütəşəkkil qaydada törədilir. Belə kütləvi şəkildə, yüksək məbləğli və dəqiq müştərilər seçilməklə oğurluq edilirsə, deməli bu, təsadüfi oğrunun əməli deyil. Mütəxəssislərin də dediyi kimi, bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər və ya bank məlumat bazalarındakı hansısa təhlükəsizlik boşluqları ilə əlaqədardır. Bu isə təkcə ayrı-ayrı vətəndaşların deyil, bütövlükdə dövlətin maliyyə təhlükəsizliyinə təhdid yaradır…

Bir sözlə, belə getsə, əhali kartlardan, nağdsız ödənişlərdən imtina edib, nağd pulla hesablaşmağa qayıdacaq. Və nə qədər ki, oğurlanan pula görə təkcə vətəndaş deyil, bank da məsuliyyət daşımayacaq, kartlardan vəsaitlərin oğurlanması davam edəcək…

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri