Ən çox şikayət olunan karqo şirkətləri SİYAHI
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
2026-cı ilin üçüncü rübündə sürətli poçt operatorları arasında ən yüksək şikayət indeksi “Dinameks Cargo” MMC-də qeydə alınıb. Şirkətin indeksi 18,97 olub. Sonrakı yerlərdə 5,48 göstərici ilə “Azcamex” və 4,29 göstərici ilə “Koliplus” qərarlaşıb. Ən aşağı şikayət indeksi “Azərpoçt”da qeydə alınıb – 0,27.
Modern.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) hesabatına istinadən xəbər verir ki, qiymətləndirilən 14 operatordan 8-nin göstəricisi pisləşib, 6-nın göstəricisi isə yaxşılaşıb.
“Azcamex” və “Kango” müraciətləri orta hesabla 2 günə cavablandırıb. Bu, hesabatda qeydə alınan ən qısa müddətdir.
Cavab verən operatorlar arasında ən uzun orta müddət “Morex”də qeydə alınıb – 8 gün.
İKTA-nın məlumatına görə, “Koliplus” və “Kargolux Company” “E-Şikayət” platforması üzərindən vətəndaş müraciətlərini cavablandırmaqdan imtina ediblər.
Şikayət indeksi İKTA-ya daxil olan müraciətlər əsasında müştəri narazılığının nisbi səviyyəsini göstərir. İndeks yüksəldikcə narazılıq səviyyəsi də artır. Hesablamada poçt göndərişləri üzrə 1000, şikayətlər üzrə isə 3 minimum hədd kimi götürülüb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İKTA qeyd edib ki, Şikayət indeksi istifadəçi müraciətlərinin intensivliyini və xidmətlə bağlı narazılıq səviyyəsinin nisbi göstəricisini əks etdirir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə narazı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri narazılığının çox olduğunu, aşağı olması isə müştəri narazılığının daha az olduğunu bildirir. İndeks yalnız Agentliyə daxil olan müraciətlərə əsaslandığından bütün istifadəçi narazılıqlarını tam əhatə etməyə bilər və göstəricilər müqayisəli xarakter daşıyır
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin III rübünə dair şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, hesabatda 2026-cı ilin iyul–sentyabr aylarında “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlər əsasında şikayət indeksi və operatorların müraciətlərə orta cavablandırma müddətləri təqdim olunur.
Şikayət indeksi hər bir poçt rabitəsi operatoru üzrə şikayətlərin xüsusi çəkisinin həmin operatorun poçt göndərişləri üzrə bazar payına nisbəti əsasında hesablanır. Bu göstərici operatorun bazardakı fəaliyyət həcmi nəzərə alınmaqla şikayətlərin nisbi intensivliyini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Şikayətlərin xüsusi çəkisi operator üzrə daxil olmuş şikayətlərin ümumi şikayətlərin sayındakı payı, bazar payı isə operatorun həyata keçirdiyi poçt göndərişlərinin ümumi poçt göndərişlərindəki payı əsasında müəyyən edilir.
Hesabatda ayrıca olaraq operatorların “E-Şikayət” sistemi vasitəsilə daxil olan müraciətlərə orta cavablandırma müddəti də təqdim edilir. Bu göstərici operatorların müraciətlərə operativ münasibətini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Şikayət indeksi və orta cavablandırma müddətlərinin mütəmadi ictimaiyyətə təqdim olunması poçt xidmətləri bazarında şəffaflığın və müqayisəliliyin artırılmasına, istifadəçilərin məlumatlandırılmasına və tənzimləmə prosesinin daha dolğun məlumatlarla dəstəklənməsinə xidmət edir.
Hesabatların açıq dərc olunması eyni zamanda bazar iştirakçıları üçün əlavə stimul yaradır, operatorları şikayətlərin səbəblərini təhlil etməyə, müraciətlərin cavablandırılması müddətlərini yaxşılaşdırmağa və xidmət keyfiyyətinə daha məsuliyyətli yanaşmağa təşviq edir.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprel ayından etibarən sistem vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna başlanılıb. Bu günədək sistem vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3 015 şikayət daxil olub.
İKTA poçt rabitəsi xidmətlərindən istifadə zamanı çətinliklə qarşılaşan şəxslərə ilk növbədə xidmət aldıqları operatorun rəsmi əlaqə vasitələrinə müraciət etməyi, məsələ həllini tapmadıqda isə “mygov” platforması üzərindən “E-Şikayət” xidmətindən istifadə etməyi tövsiyə edir.
(FED)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Noyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















