Ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"2014-cü ildə İtaliyada Azərbaycan multikulturalizmi ilə bağlı bir konfransda iştirak edirdim və orada italyan alimlərlə söhbət edirdik. O italyan alimin biri dedi ki, siz ora gəlməsiniz, bu ərazilər ermənilərin ərazisidir. Mən biraz söhbət elədim, danışdıq və anladım ki, onun erməni dostları var, davamlı olaraq bu təbliğatı ona aparırlar və o insan artıq bu qənaətdədir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov "Tarixi Yurda Qayıdış" konfransında səsləndirib.
Millət vəkili vurğulayıb ki, artıq reallıq dəyişib:
"Dünya bunu qəbul edib ki, Azərbaycan torpaqlarını azad edib və Qarabağ Azərbaycandır. İndi biz bunu bütün hamısına deyə bilmərik, amma bu gün bu reallıq artıq dünyada bərqərar olmaq üzrədir. Bu gün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri də Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır və bu istiqamətdə dövlətimiz tərəfindən böyük işlər görülür. Bunu yalnız dövlət yox, eyni zamanda qeyri-hökumət təşkilatları, ayrı-ayrı alimlər də uğurla icra edirlər.
Bu gün dünya belədir ki, biz çox müzakirə apara bilərik, konfranslar keçirə bilərik, amma ən önəmlisi kitabların ərsəyə gəlməsi, filmlərin çəkilməsi, sənədli əsərlərin, filmlərin çəkilərək dünyaya təqdim olunmasıdır. Xüsusilə də xarici dillərdə bu işlərin aparılması önəmldiir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 16 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















