Icma.az
close
up
RU
Deputat: “Qərbi Azərbaycana qayıdışı uğurla yekunlaşdıracağıq”

Deputat: “Qərbi Azərbaycana qayıdışı uğurla yekunlaşdıracağıq”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qərbi Azərbaycan torpaqlarından mədəni irsimizi silmək cəhdləri Ermənistan dövləti tərəfindən planlı və məqsədyönlü şəkildə həyata keçirilən siyasətdir”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Qərbi Azərbaycan bərəkətli torpağı, göz yaşı kimi təmiz, saf bulaqları, mülayim iqlimi və əsrarəngiz gözəllikləri ilə hər kəsi valeh edən qədim türk yurdudur:

“Tarixən Azərbaycan mədəniyyətinin, memarlıq incilərinin məbədi hesab olunan əzəli yurdumuz Qərbi Azərbaycan bu gün acı talehin hökmü ilə öz sahiblərindən uzaqda qalıb.

Çar Rusiyasının türk dünyası arasında fiziki əlaqələri kəsmək və Azərbaycan torpaqları hesabına imperiyanın maraqlarına xidmət edəcək erməni dövlət qurmaq istəyi XIX əsrdən etibarən reallaşdırılmağa başlanıldı. İrandan və Osmanlı ərazisində minlərlə erməni ailəsi İrəvan Xanlığına və ətraf ərazilərə köç etdirildi”. 

Millət vəkili vurğulayıb ki, təkcə 1828-1830-cu illərdə Osmanlı ərazisindən 84 min, İran ərazisindən isə 40 min erməni Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldı:

“İki əsri əhatə edən demoqrafik tərkibi dəyişmək siyasətinin və məcburi köçün acı mənzərəsi bu şəkildədir.

1987-ci ildə İrəvan quberniyası əhalisinin 37 %-ni Azərbaycanlılar təşkil edirdi. 1926-cı ildə isə bu rəqəm 11,9 %-ə endirildi. 1989-cu il deportasiyasından sonra isə Qərbi Azərbaycan torpaqlarında bir nəfər belə Azərbaycanlı qalmadı. Lakin tarixi faktlar silinmir, hər zaman öz aktuallığını qoruyur”. 

Günay Ağamalı diqqətə çatdırıb ki, Qədim yurdumuzun hər dağında, daşında bizlərin izləri və mədəni irsimiz yaşayır:

“Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və tarixi ədaləti bərpa etmək məqsədi ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə diplomatiyası, diaspor təşkilatlarımız və proseslərə moderatorluq edən Qərbi Azərbaycan İcması çoxvektorlu fəaliyyət modeli əsasında tarixi faktları beynəlxalq müstəvidə ən yüksək səviyyədə təqdim edir.
İcmanın uğurlu fəaliyyəti rəsmi İrəvanı ciddi şəkildə narahat edir və müxtəlif əsassız iddialarla həqiqətətlərin təhrif edilməsinin şahidi oluruq. 

Ancaq onların cəhdlərinə baxmayaraq, 44 günlük Vətən müharibəsində olduğu kimi hüquqi müstəvidə həyata keçirdiyimiz Qərbi Azərbaycana qayıdış prosesini də uğurla yekunlaşdıracağıq və tarixi ədaləti bərpa edəcəyik”.   

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri