Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış dövlətimizin əsas hədəflərindəndir Deputat

Qərbi Azərbaycana qayıdış dövlətimizin əsas hədəflərindəndir Deputat

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

 “Əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımız qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Doğma el-obasından didərgin düşmüş soydaşlarımız artıq uzun illərdir ki, Vətən həsrəti ilə qayıdacaqları günü səbirsizliklə gözləyir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat, Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb:

“Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb”.

Deputat bildirib ki, hazırda Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlar əsaslı işlər görür:

“Belə ki, Böyük Qayıdış Konsepsiyasının ərsəyə gətirilməsi bu çərçivədə əsaslı tədbirlər görüldüyünün sübutudur. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməli, tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa etməlidir.

Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır”.

Səbinə Salmanova: Hər birimiz necə 30 il qarabağlı idik, indi də hər birimiz Qərbi azərbaycanlıyıq

S.Salmanova qeyd edib ki, beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib:

“Bizim hər birimiz necə 30 il qarabağlı idik, indi də hər birimiz Qərbi azərbaycanlıyıq. Biz xalq olaraq necə həmin zaman bir olduq, rəhbərimizin ətrafında sıx birləşərək onun dəmir yumruğuna güc qatdıq və tarixi torpaqlarımıza qovuşduq, bu gün də eyni iradəni ortaya qoymalıyıq”.

Nərgiz Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri