“Ən qısa müddətdə bu ölkəni tərk edin”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin İraqdakı səfirliyi ölkədə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik səbəbindən İraqı dərhal tərk etməyi tövsiyə edib.
“Qafqazinfo” xəbər verir ki, səfirliyin yaydığı xəbərdarlıqda son regional hadisələr fonunda təhlükəsizlik risklərinin artdığı vurğulanıb.
ABŞ vətəndaşlarına son dərəcə ehtiyatlı olmaları, ətrafı diqqətlə izləmələri və yerli xəbər mənbələrini mütəmadi olaraq izləmələri tövsiyə edilib.
Qeyd olunub ki, bölgədəki vəziyyət hava nəqliyyatına da təsir göstərə bilər. Uçuşlarda gecikmələrin və ya ləğvlərin baş verə biləcəyi, hava məkanının isə əvvəlcədən xəbərdarlıq edilmədən bağlana biləcəyi bildirilib.
Bu səbəbdən ABŞ vətəndaşlarına İraqa səfər etməmək, hazırda ölkədə olanlara isə mümkün olan ən qısa müddətdə İraqı tərk etmək tövsiyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 İyun 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















