Ayaqlarda yaranan şişkinlik nəyin əlamətidir? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Axşam saatlarında ayaqlarda yaranan şişkinlik ürək-damar sistemindəki problemlərdən xəbər verə bilər. Xüsusilə üç gün ərzində səbəbsiz olaraq iki kiloqram çəki artımı və hər iki ayağın pəncə nahiyəsində şişkinlik müşahidə olunursa, mütəxəssisə müraciət etmək vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və endokrinoloq Anastasiya Samoylova “Gazeta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, gün ərzində uzun müddət ayaqüstə qalmaq və ya oturmaq cazibə qüvvəsinin təsiri ilə qan və toxuma mayesinin aşağı ətraflarda toplanmasına səbəb olur. Sağlam ürək venoz qanın ayaqlardan ağciyərlərə doğru geri qayıtmasını təmin edir. Lakin infarkt, uzunmüddətli yüksək arterial təzyiq və ya kardiomiopatiya nəticəsində ürəyin yığılma qabiliyyəti zəiflədikdə bu proses çətinləşə bilər.
Mütəxəssis qeyd edib ki, ürək mənşəli ödemlər adətən hər iki ayaqda eyni vaxtda yaranır. Şişkinlik pəncə və topuq nahiyəsindən başlayaraq baldır boyunca yuxarıya doğru yayıla bilər. Barmaqla basdıqda dəridə yaranan çökəklik isə bir müddət sonra tədricən aradan qalxır. Bu zaman dəri gərgin görünə, venoz qanın durğunluğu səbəbindən bir qədər göyümtül rəng ala və toxunduqda sərin hiss edilə bilər.
Samoylova böyrək və ürək mənşəli ödemlər arasında fərqlərin olduğunu da bildirib. Onun sözlərinə görə, böyrək problemləri ilə əlaqəli şişkinlik daha çox səhərlər üz nahiyəsində, göz ətrafında və barmaqlarda müşahidə edilir. Ürək mənşəli ödemlər isə gün ərzində şaquli vəziyyətdə olduqdan sonra, xüsusilə axşam saatlarında daha nəzərəçarpan olur. İnsan səhər yuxudan duranda ayaqlarında şişkinlik azalsa da, günün sonuna doğru bu əlamət yenidən ortaya çıxa bilər.
Həkim xroniki venoz çatışmazlığın da ayaqlarda şişkinliyə səbəb ola biləcəyini vurğulayıb. Bu halda ayaqlarda dolğunluq hissi, yanma və qaşınma ilə yanaşı, damar ulduzcuqları, genişlənmiş damarlar və topuq ətrafında dərinin tündləşməsi müşahidə oluna bilər. Ürək mənşəli ödemlər isə görünən damar dəyişiklikləri olmadan da yarana bilər.
Mütəxəssis bildirib ki, ürək problemlərinin mümkün əlamətlərindən biri də qidalanma dəyişmədiyi halda qısa müddətdə çəkinin artmasıdır. Üç gün ərzində iki kiloqram çəki artımı orqanizmdə artıq mayenin toplanması ilə əlaqəli ola bilər.
Axşam saatlarında yaranan şişkinliklə yanaşı, fiziki fəaliyyət zamanı tez yorulma və nəfəs darlığı da narahatlıq doğurmalıdır. Məsələn, insan əvvəl rahat qalxdığı mərtəbəyə çıxarkən daha tez-tez dayanmağa və nəfəsini dərməyə ehtiyac duyursa, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır.
Həkim xüsusilə 40 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən insanlara hər səhər eyni vaxtda çəkilərini ölçməyi tövsiyə edib. Onun sözlərinə görə, bir gün ərzində 1,5–2 kiloqram çəki artımı kardioloqa müraciət etmək üçün ciddi xəbərdarlıq əlaməti ola bilər.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Oktyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















