İran federallaşmalıdır, yoxsa parçalanmalı?
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrana həm də türk ölkəsi kimi baxmalıyıq, çünki ölkə əhalisinin az qala yarısı Azərbaycan türkləridir. Azərbaycan türkləri İranda azsaylı xalq deyil, farslarla birgə dövlətin qurucularıdır.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Pressklub TV-yə müsahibəsində deyib.
“Bu baxımdan İranda yaşayan digər xalqların taleyinə görə Azərbaycan türkləri məsuliyyət daşıyırlar. Azərbaycan türkləri İran dövlətinə buna görə daha çox inteqrasiya olunub”, - o bildirib.
Millət vəkili etiraf edib ki, İranda fars millətçiliyi mövcuddur və bu, ciddi problem yaradır:
“İranı min il Azərbaycan türkləri idarə etsə də, bu gün soydaşlarımız öz dillərində təhsil ala, öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər.
Hesab edirəm ki, indki mərhələdə İran üçün ən doğru yol ölkənin federallaşması ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















