Icma.az
close
up
RU
Atmosferdəki plastik dumanı: Yeni ölçümlər gerçəyi ortaya qoydu

Atmosferdəki plastik dumanı: Yeni ölçümlər gerçəyi ortaya qoydu

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Planetimizin ən böyük ekoloji problemlərindən birinə çevrilmiş mikroplastik çirklənməsi ilə bağlı elm dünyasından ilk dəfə müsbət xəbər gəlib. 

Qaynarinfo xəbər verir ki, Vyana Universitetinin nəzdində aparılan genişmiqyaslı araşdırma atmosferə qarışan mikroplastiklərin miqdarının əvvəlki proqnozlardan xeyli aşağı ola biləcəyini ortaya qoyur.

"Nature” jurnalında dərc olunan tədqiqata əsasən, havada asılı vəziyyətdə olan mikroplastik emissiyaları əvvəlki hesabatlarda göstərilən rəqəmlərdən təxminən 10 min dəfə aşağıdır. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, təhlükənin aradan qalxması demək deyil, sadəcə problemin miqyasını daha real rəqəmlərlə görməyə imkan yaradır.

Əvvəlki illərdə aparılan araşdırmalar adətən məhdud bölgələrdən əldə edilən məlumatları bütün dünyaya şamil edir və ya yalnız insan fəaliyyətinə əsaslanan nəzəri modellər üzərindən hesablamalar aparırdı. Yeni tədqiqatda isə alimlər 2014–2024-cü illəri əhatə edən və dünyanın 283 fərqli nöqtəsindən toplanmış təxminən 2 800 ölçümü bir araya gətiriblər. Bu nəhəng məlumat bazası sayəsində mikroplastiklərin qlobal izi daha dəqiq hesablanıb.

Araşdırma geniş yayılmış fikrin əksinə olaraq, okeanların deyil, quruda yerləşən mənbələrin atmosferə 20 dəfə daha çox mikroplastik hissəcik buraxdığını göstərir. Avtomobil təkərlərinin aşınması, əyləc balatalarından qopan hissələr və torpaqdakı plastik tullantıların parçalanması bu çirklənmənin əsas mənbələri kimi ön plana çıxır.

Plastik dumanı və yerli fərqlər

Mikroplastiklərin atmosferdəki hərəkəti hələ də bir çox naməlumluqları özündə saxlayır. Tədqiqatçılar bu "plastik dumanı”nın Mariana çökəkliyinin ən dərin nöqtələrindən okeanların ən ucqar bölgələrinə qədər yayıldığını bildirirlər. Maraqlıdır ki, çirklənmə səviyyəsi bölgədən bölgəyə kəskin şəkildə dəyişir.

Məsələn, Çinin iri meqapolislərinin yaxınlığında gündə kvadratmetr başına 50 hissəcik ölçüldüyü halda, İngiltərənin bəzi şəhər ərazilərində bu rəqəm 3 mini keçir. Bu cür yerli fərqlər qlobal proqnoz verməyi çətinləşdirsə də, yeni araşdırma quruda havanın hər kubmetrində orta hesabla 0,08, dənizlər üzərində isə cəmi 0,003 mikroplastik hissəcik olduğunu təxmin edir.

Rəqəmlər əvvəlki hesablamalarla müqayisədə daha aşağı olsa da, illik ümumi emissiya hələ də 600 katrilyon hissəcik kimi nəhəng miqyasda qalır. Tədqiqatın aparıcı müəllifi İoanna Evangelu vurğulayır ki, təkcə hissəciklərin sayı deyil, onların ölçüsü, forması və tərkibindəki kimyəvi maddələr də sağlamlıq baxımından kritik əhəmiyyət daşıyır. Mikroplastiklərin insan və heyvan sağlamlığına dəqiq necə təsir göstərdiyi hələ tam aydınlaşdırılmayıb, lakin yüksək səviyyədə məruz qalmanın ciddi risklər yaratdığına dair sübutlar getdikcə artır.

Araşdırmanın həmmüəlliflərindən Andreas Ştol isə gələcəkdə mikroplastik emissiyalarının artmaqda davam edəcəyinə diqqət çəkir. Nəticə etibarilə bu tədqiqat çirklənmə mənzərəsini müəyyən qədər "yüngülləşdirsə” də, mikroplastiklərin hansı səviyyəsinin təhlükəsiz olduğu sualı hələ də cavabsız qalır. Elm adamları bu gizli çirklənmənin atmosferdə hansı dövriyyəni izlədiyini və sağlamlığımızı nə dərəcədə təhdid etdiyini anlamaq üçün daha çox məlumata ehtiyac olduğunu xatırladırlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri