Icma.az
close
up
RU
Ən təhlükəli qida allergenləri SİYAHI

Ən təhlükəli qida allergenləri SİYAHI

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2025-ci ilə dünya əhalisinin təxminən yarısı allergik xəstəliklərə məruz qalacaq.

Hazırda dünyada ən çox yayılmış allergik xəstəliklərdən biri də qida allergiyasıdı. Bu növ allergiya dünya üzrə yetkinlərin 5 faizində və uşaqların 10 faizində baş verir.

Hansı qida məhsulları ən çox allergiyanın inkişafına səbəb olur? Ən təhlükəli qida allergiyası hansılardır? Qida allergiya ilə qida dözülməzliyi arasında hansı fərq var?

Bu və digər sualları Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov cavablandırdı. Saglamolun.az sehiyye.gov.az-a istinadla müsahibəni təqdim edir.

- Hansı qida məhsulları ən çox allergiyanın inkişafına səbəb olur?

- Allergiya ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı yaranır. Xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir. Bəlkə də təbiət tərəfindən elə qurulub ki, yenidoğulmuş dövrdə körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən körpələrin 80 faizində zaman keçdikcə inək südünə allergiya itir.

Körpələrdə allergiyanın ən çox yayılma səbəblərindən biri də toyuq yumurtasıdır. Bu, kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın böyüməsi və inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtaları uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Eyni zamanda, o allergenliyini göstərə bilər. Yumurta ağındakı zülal həmçinin allergik reaksiyaya səbəb ola bilir.

- Digər hansı məhsullar yüksək dərəcədə allergik hesab olunur?

- Fıstıq ən təhlükəli allergenlərdən biridir. Əksər hallarda, o insanı həyatı boyu müşayiət edir. Fıstıq allergiyası olan uşaqlarda hətta bu məhsulu yanında kiminsə yediyi zaman belə reaksiya inkişaf edə bilər. Fıstığın mikro hissəcikləri havaya düşərək allergik reaksiyaya səbəb ola bilər. Bu baxımdan tərkibində fıstığın az miqdarda da olan bir çox məhsulun qablaşdırmasında müvafiq bir xatırlatma var.

Tez-tez rast gələn allergiya növlərindən də biri buğda allergiyasıdı, yəni, tərkibində buğda olan məhsullara allergiya. Əsasən bu allergiya böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlarda da getdikcə daha çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə tərkibi buğda olan məhsullardan imtinaya məcbur olacaq. Buğda allergiyası uşaqlar yaşlandıqca azala bilər.

Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyasından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar daxildi. Qoz alergiyası əksər hallarda genetik olaraq keçir.

Balıq da yüksək dərəcədə alerjenik bir məhsuldur. Əgər uşağın hər hansı bir balıq növünə alergiyası varsa, onda digər balıq növlərinə də qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və hətta daha şiddətli ola bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər.

Ümumiyyətlə, 70-dən çox məhsul növü qida allergiyasına səbəb ola bilər. Bunların arasında bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. yer alır.

- Qida dözümsüzlüyü ilə qida allergiyası arasındakı fərq nədir?

- Bir çox insanlar qida dözümsüzlüyünü qida allergiyası ilə qarışdırırlar, amma bunlar iki fərqli xəstəlikdir. Qida dözümsüzlüyü, allergiya ilə əlaqəsi olmayan və bədənin həzm problemləri ilə əlaqəli hər hansı bir qida və ya içki istifadəsinə mənfi bir cavabı sayılır. Bəzi hallarda qida dözümsüzlüyü asimptomatikdir. Yeganə əlamət özünü pis hiss etməkdir. Buna görə qida dözümsüzlüyünü müəyyən etmək kifayət qədər çətin ola bilər. Həkiminiz qida dözümsüzlüyü ilə əsl allergiyanı ayırd etməyə kömək edə bilər.

- Hansı simptomlar qida allergiyası barədə xəbər verə bilər?

- Qida allergiyalarının simptomları yüngül narahatlıqdan təcili tibbi yardım tələb edən ağır və ya həyati təhlükəli reaksiyalara qədər dəyişir.

Bu simptomlara aiddir narahatlıq, qaşınma, qızartı, ağızda, dodaqlarda, yanaqlarda, başda və bədəndə şişkinlik, öskürək, asqırma, nəfəs darlığı və tənəffüs yollarından fit səsi ilə gələn bir nəfəs, qarın ağrısı, ürək bulanması, qusma və s.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri