Icma.az
close
up
RU
Ən təhlükəlisi papa , mama deməkdir Tarixçidən Ayaz Salayevə

Ən təhlükəlisi papa , mama deməkdir Tarixçidən Ayaz Salayevə

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kinorejissor Ayaz Salayev müsahibələrindən birində deyib ki, "Rus dilindən çox türk dili təhlükəlidir və "qəsəbə" sözünü tələbələri "kasaba" deyirlər".

Tarixçi alim Zaur Əliyev isə onun bu fikri ilə razılaşmayaraq iradını bildirib.

Ölkə.az xəbər verir ki, o bu barədə fikirlərini sosial şəbəkə hesabında yazıb.

"Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir. 

Ayaz müəllim, 20 yanvarda, Xocalıda rus əsgərlərinin tankla əzib keçdiyi azərbaycanlı uşaqlar, qadınlar, kişilər "Не убиваете нас"(Bizi öldürməyin) desələr də, xeyri olmadı. Rus öz dilində belə eşitsə də, tankı onların üzərinə sürdü.

Nuru Paşa isə sadəcə "kardeş yardımı" sözünü eşidib 31 mart soyqırımından sonra bu qırğınlar daha davam etməsin deyə, Bakını və Azərbaycanı erməni və ruslardan xilas etmişdi. 

44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" da türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Танк Т", "Искандер" üzərində Qarabağda qələbə qazandı. 

İndi hansı dil daha təhlükəlidir, ona qərar verin...", - deyə o, ritorik sualla fikrini tamamlayıb.

Xatırladaq ki,  Baku TV-nin efirində qonaq olan Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib. Daha sonra o, “rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.  

Bu fikir proqramın digər qonağı Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?"

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri