Icma.az
close
up
RU
Ən təmiz hava Bakının bu ərazilərindədir SİYAHI

Ən təmiz hava Bakının bu ərazilərindədir SİYAHI

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda dünyada bir çox paytaxt şəhərlərin sakinləri ciddi hava çirkliliyi problemi ilə üz-üzədir.

Sürətli urbanizasiya, sənaye tullantıları, avtomobillərin çoxluğu və yaşıllıq sahələrinin azalması havanın keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Xüsusilə Yeni Dehli, Pekin, Lahor, Daşkənd, Ulan-Bator, Banqkok kimi paytaxtlar tez-tez dünyanın ən çirkli havaya malik şəhərləri sırasında yer alır. Bu şəhərlərdə havanın çirklilik səviyyəsi bəzən sağlamlıq üçün təhlükəli həddə çatır.

Bakı da istisna deyil. Şəhərin mərkəzi hissələrində, xüsusilə sıx tikililərin və intensiv nəqliyyatın olduğu ərazilərdə hava keyfiyyəti hər zaman qənaətbəxş sayılmır. Lakin buna baxmayaraq, Bakıda elə müəyyən ərazilər var ki, coğrafi mövqeyi, küləkli olması, yaşıllığın və sənaye obyektlərinin azlığı səbəbindən nisbətən daha təmiz hava ilə seçilir.

Bəs Bakıda havanın daha təmiz olduğu bu ərazilər hansılardır?

Day.Az mövzunu araşdırıb. 

Şəhərin şimal-şərq istiqamətində yerləşən Şüvəlan ərazisi dənizə yaxınlığı və meşəlik sahələri ilə fərqlənir. Burada sənaye obyektləri azdır və xüsusilə bağ evlərinin yerləşdiyi hissələrdə hava daha yüngül və təmiz hiss olunur. Mərdəkan da oxşar xüsusiyyətlərə malikdir. Xəzri küləkləri bu ərazidə havanın daim hərəkətdə olmasına səbəb olur, açıq sahələr və yaşıllıq isə hava keyfiyyətini müsbət təsir edir.

Kurort zonası kimi tanınan Bilgəh uzun illərdir ki, nisbətən sağlam iqlimi ilə seçilir. Burada rütubət Bakının mərkəzi hissələri ilə müqayisədə daha az hiss olunur. Görədil və Pirşağı istiqaməti də şimal küləklərinin birbaşa təsiri altında olduğundan sənaye çirklənməsindən daha az əziyyət çəkir.

Şəhərin içərisinə yaxın ərazilər arasında Badamdarın yuxarı hissələri xüsusi qeyd olunur. Təpəlik relyef və küləkli hava buranı aşağı Badamdar və mərkəzi rayonlarla müqayisədə daha təmiz edir. Bayıl ərazisinin də dənizə yaxın, əsas magistral yollardan uzaq hissələrində hava nisbətən qənaətbəxş sayılır, lakin burada yer seçimi çox önəmlidir.

Bundan əlavə, Abşeron yarımadasında yerləşən bəzi yeni salınmış bağ massivləri, xüsusilə Novxanıya yaxın ərazilər, açıq sahələr və az sıxlıq hesabına daha təmiz hava ilə seçilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri