Icma.az
close
up
RU
Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun şəhid olduğu gündür. Milli Qəhrəmanımızın ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olub. O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Allahverdi Bağırov, bu döyüşdən Ağdama qayıdan zaman minaya düşərək şəhid olub.

Allahverdi Bağırovun silahdaşları  bu gün onu bu xatirələrlə xatırlayır. Adalet.az   keçmiş döyüşçü Əhməd Xudiyevin xatirələrini sizin  diqqətinizə çatırır:

"Keçən söhbətlərimizdə Eldar Bağırov adına 845 saylı ərazi müdafiə batalyonunun yaranmasından söhbət açdıq. Bu gün isə qaldığımız yerdən başlayaq 

Uzundərə deyilən yerdə ciddi təlimlər keçirilirdi. O zamanın modern silahlar və texnikalarımız olmasa da, ciddi hazırlıqlar gedirdi.Düşmənin rus silahları və rus ordu bölmələrı,hətta rus peşəkar zabitlərinin köməyi ilə döyüşəcəklərini bilirdik.Ancaq bu bizi qorxutmurdu.Bizim işimiz haqq işi idi.Bizim məqsədimiz düşməni məhv etmək və torpaqlarımızı azad etmək idi.İlkin novbədə,Ağdamı artileriya atəşi alfında saxlayan,yaxınlıqdakı ermənilər yaşayan kəndləri azad edərək,Ağdamın təhlükəsizliyini təmin etmək idi.Ciddi təlimlərlə yanaşı,məqsədimizi həyata keçirməyin planları da hazırlanırdı.

11 iyun 1992 ci il tarixdə,Uzundərədə briqada komandanlığının iştirakı ilə təlimlərə baxış keçirildi.Axşam isə batalyonun zabit heyəti qərərgahda toplandı.Plan ciddi müzakirə olundu.Piyadaların döyüş maşınımız olmadığına görə,708 saylı briqadadan iki tank vasitəsi ilə batalyona dəstək göstərilməsi xahoş edildi.
Döyüş vaxtı 12 iyun 1992 ci il tarixə təyin edildi. Bütün bölük komandirləri tapşırıqlarını aldı.Bölüklərin döyüş zamanı yerləri və öhtələrinə düşən vəzifələri izah olundu.Poladlə kəndində yerləşən 3cü bölüyün komandiri Mamedov Mikayıla axşamnan lazım olan mövqeyi tutması tapşırıldı.Birinci bölük komandiri İbrahimov Şahbaza tapşırıqlar verildi. Ən çətin mövqe olan orta mövqe təcrübəli bölük komandiri Cəfərov Nadirə tapşırıldı.Onun döyüşçüləri də təcrübəli,döyüş görmüş əskərlər idi.Bütün zabitlər təlimatlandırıldı.

12 iyun səhər tezdən batalyon həyəcan siqnalı ilə qaldırıldı.Hərbi hissənin həyətində bölüklər sıraya düzüldü.Vəziyyət əskərlərə izah olundu.A.Bağırov və Əkbər Rüstəmov əskərlər qarşısında çıxış edərək onları ruhlandırdı.Əskərlər arasında bir coşqu var idi.Çoxdan düşməndən alınacaq intiqamımzün vaxtı yetişmişdi.Hamı sevincli idi.Sanki döyüşə deyil,bayram şənliyinə gedəcəkdilər.Çıxış edən zabitlər əskərlərə qələbə arzuladılar.Vaxt yetişmışdi.Əmir verildi, "hamı maşınlara".
Mən də avtomat silahımı götürüb qərərgahdan çıxdım.Tibb xidmət rəisi Nizamı Şükürov məni səslədi.Əhməd gəl bizimlə gedək.Böyük tib maşınına yaxınlaşanda Komandir Bağırov məni cağırdı.
-Əhməd,yaxınlaş.

Mən dedim ki, komandir, Nizami həkimlə gedirəm. Onların maşınında olacam. Elə bildim məni özü ilə götürmək istəyir. Dedi ki yox, yanıma gəl. Yaxınlaşdım. Əlini cibinə salıb sənədlərini çıxardı .Dedi bunları saxlayarsan. Dedim mən də sizinlə gedirəm. Neynirəm bu sənədləri.Dedi yox sən getmirsən. Sən burda lazımsan. Yenə etiraz etmək üçün başımı qaldırıb üzünə baxdım.Heyrətə gəldim. Onun surətində heç zaman və heç kəsdə müşahidə etmədiyim ,bir kədər, bir məyusluq müşahidə etdim.O heç vaxt, ən cətin anlarında belə ümüdsüz olmazdı.

Sonradan anladım ki, o ölümünü qabaqcadan hiss etmişdi. O insana qorxu hissi yad idi. Ölüm təhlükəsi belə,onu məqsədindən döndərə bilməzdi.Bunları sonradan anladım.Sənədləri mənə verdi.Dedi bizə lazım olacaq təminatın çatdırılmasın sənə həvalə edirəm.Daim bizimlə əlaqədə ol.Bu mənim onunla son görüşüm imiş.O surət heç zaman gözümün önündən getmir.
Amma batalyon hələ ki, döyüşə gedir. Çox böyük ruh yüksəkliyi və caşqu ilə. Arxalarınca uğurlar dilədik.Nələr olacağını qabaqcadan kim bilir ki?
Döyüşün gedişi barədə Akif Nağıyevdən müntəzəm məlumat alırdıq.
Bölüklər zəncirvari şəkildə düzüldü. Əraziyə yaxından bələd olan,əslən laçınlı, 2-ci bölük əskəri Bəylər Novruz oğlu  Bəylərov bələdçi kimi, "Ural" maşınla qabaqda gedirdi. Çox qorxu bilməz igid adam idi. O,düşmənin basdırdığı minaya düşərək ilk şəhid olan əsgərimiz oldu.Tibb xidmət rəisi Nizami Şükürova arxada, tibb məntəqəsində olmağı tövsiyə etsəm də, mən əskərlərin yanında olmalıyam-dedi. İkinci minaya düşərək şəhid olan,batalyonun mənəvi dayaqlarından biri Nizami Şükürov oldu. Bu bizim üçün ağır itki idi. Yaralılarımızın xilaskarı olacaq həkimimizi itirdik.

Vəziyyət çətinləşirdi.Tanklar minalardan ehtiyat etdyindən,irəli keçə bilmirdi.Onlar da minaya düşsə vəziyyətimiz daha ağır olardı.Bu zaman qarın Vahid kimi tanınan,Abbasov Vahid,öz UAZ markalı maşını ilə irəli keçərək,Tankları arxasınca apardı.Bu həyatını risqə qoymaq idi.Tanklar onun arxasınca irəliləyərək,düşmənın mövqelərini darmadagın etdi.2 - ci bölük komandiri, Nadir Cəfərov igid əskərləri ilə ön cəbhəni yararaq düşməni geri öturtdu.Sol və sağ cinahlar da düşməni mövqelərdən geri qaçmağa məcbur etdi.

2 saat 40 dəqiqəyə üç kəndimiz, Pircamal, Aranzəmin və Dəhraz kəndləri düşmənlərdən azad edildi .Əsgərlər böyük şücaət göstərərək, erməni və rus birləşmələrini geri oturtdular. Bir az keçmiş,Naxçivanik kəndinin də əskərlərimiz tərəfindən azad edilməsi xəbəri gəldi. Bu çox lazımlı bir xəbər idi. Dördüncü kəndimiz də azad edilərək düşmənin qol qanadı qırılmışdı.Bu vacib sevincli xəbəri çatdırmaq üçün tələsən Allahverdi Bağırov və sürücüsü Mirzəyev Əmir minaya düşərək şəhid oldular. Qələbə bizə ağır itkiyə başa gəldi."

Komandirin şəhid olma xəbəri çatan kimi qocaman döyüşçü Barat Quliyev komandirliyi öz üzərinə götürür.Akif Nağıyevi isə komandir müavini elan edir.Döyüşlər davam etdirilir.Alınan mövqelərdə əskərlərimiz möhkəmlənir.Yüksəkliklər ələ keçirilir.Komandir heyəti bütün qüvvələri səfərbər edərək,Allahverdi Bağırovun şəhid olmasının şəxsi heyətə mənfi təsir göstərməsinin qarşısın alır.Bu işdə qocaman döyüşçü Barat Quliyevin rolu misilsiz olmuşdur.
1- ci bölük komandiri Şahbaz İbrahimov deyir ki, düşməni qısa müddətdə məğlub edən kimi,bütün yüksəklikləri nəzarətə götürdük.Düşmənə əks hücuma keçməyə şans qoymadıq.

Qərərgah da var qüvvəsi iləçalışaraq,ön cəbhəninbütün lazımı təminatın həll edirdi.Hücumda iştirak edən dəstələri əvəz etmək üçün ehtiyat qüvvələr göndərildi.
Komandirimizin şəhiq olması qələbə sevincini layiqincə yaşamağa imkan vermədi.Dğyüşdə dörd nəfər:Bğırov Allahverdi,Bəylərov Bəylər,Şükürov Nizami,MirzəyevƏmir düşmənin basdırdığı minaya düşərək şəhid oldular. Üç nəfər isə:Mikayılov Ağaşirin, Məmmədov Hüseyin,İsakov Heybulla isə düşmənlə igidliklə döyüşərək,güllə yarasından şəhid oldular. Bir neçə əskərlərimiz isə yüngül yaralandı.Şahbaz,deyir ki,kəndlərimiz azad olduqdan sonra,1- ci bölük əskəri,Ləki rayonundan olan,Əmirmüəyyən,Qarabağ şikəstəsi üstündə çağırdığı bayatı sədaları dağlara yayıldı.


Mən aşiq düzə qaldı
Gecə gündüzə qaldı.
Yad qovuldu dağlardan,
Yurd yenə bizə qaldı.

Döyüşlərdə fərqlənən 2ci bölük əskərləri,Komandir Nadir Cəfərov,Əliyev Araz,ƏliyevArif və Akif qardaşları, Qayıbov Natiq, Abbasov Vahid.
3-cü bölük əskərlərindən, Məmmədov Mirəli, Qasımov Əvəz Möhübbət oğlu. Rzayev Rza.
4-cü bölükdən, Bayramov Adil Mamed oğlu, Balagözov Zaməddin, İsayev Heybulla, Əhmədov Daşqın, Zakirov İlqar, Oruc Padar,başqa bölmələrdən, Səfərov Nazim, İbrahimov Mübariz, Rüstəmov Sarvan, rabitəçilərdən, Bağırov Elşən, Bayramov Məzahir, təchizat tağımından, Əliyev Haçı və bir çox başqaları fərqləndi.
Bu ilk döyüşümüz idi. Adi silahlarla silahlanmış könüllülərimiz,nizami rus və erməni birləşmələrinə qarşə döyüşürdü.İtkilərimiz olsa da,beş kəndimizi düşmənlərdən azad etmişdik. Komandirimizin şəhid olması bizdə məyusluq yaratmaya bilməzdi. O cür igidimizi itirmişdik. Ancaq neyləməli, bu müharibədi.

Hərdən fikirləşirəm ki,Allah belə insanları ağır işlərin altına çiyin vermək üçün yaradıb.Onların həyatı yalnız özləri və ailələri üçün deyil,insani və bəşəri missiyaları həyata keçirmək üçündür.Onların ölümləri də,həyatları kimi şərəfli və başqalarından üstün olmalıdır.Ölümləri də həyatları kimiən şərəflisindən olmalıdır.
Allahverdi kimi oğulların ölümü,siyasi çirkaba bulaşmadan,ölümlərin ən şərəflisi olan,şəhidlik zirvəsində olmalıdır.
Birinci döyüşümüz bizə yeddi qurban bahasına başa gəldi.

 Xatırladaq ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov batalyona rəhbərlik edib.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb. Onun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 İyun 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see129

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see129

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see121

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see121

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see118

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see114

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see113

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see112

3 günlük matəm: YENİ DETALLAR ORTAYA ÇIXDI

11 İyun 2025 12:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri