Icma.az
close
up
RU
Ən uzun asma körpü təyini ilə inşasına başlanan körpünün işi dayanıb: İşçilərə büdcədə pul olmadığı deyilib

Ən uzun asma körpü təyini ilə inşasına başlanan körpünün işi dayanıb: İşçilərə büdcədə pul olmadığı deyilib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda ən uzun asma körpünün tikintisi barədə məlumatlar və videogörüntülər diqqət çəkir. Bildirilir ki, körpü və tunelin tikintisi nəticəsində Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9,7 km azalacaq və 76,8 km olacaq.

Bizimyol.info xəbər verir ki, yolun iki dəfə genişlənəcəyi xüsusi vurğulanır. Burada zolaqların sayının 4 olması üstünlük kimi fərqləndirilir. Ən uzun asma körpü tikintisi xəbərini eşidəndə bunu yalnız alqışlamaq istəyirsən. Amma yerli adamların rəyləri vəziyyət barədə təsəvvürü dəyişdirir. Məlum olur ki, rəsmi qurumlar xəbər paylaşanda manipulyasiyaya yol veriblər. Hər şey deyildiyi kimi deyil.

İş orasındadır ki, məhz asma körpünün tikildiyini əminliklə demək olmur. İsmayıllı Rayon İcra Hakimiyyəti hələ 2021-ci ilin martında Ağsuçayın üzərindən çəkilən körpünün hündürlüyünün 76 metr olmasını fəxrlə paylaşmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi onda layihənin xeyli böyük işləri əhatə etdiyini açıqlamışdı. Guya 1 tunel, 1 asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Amma iş heç cür irəliləmək bilmir.

Uzun müddətdir körpünün tikinti yerində fəallıq gözə dəymir. Yerli adamlar danışır ki, nadir hallarda burada iş getdiyini görürlər. Hətta sakinlərdən biri “hərdən bir vedrə sement götürüb gəlirlər” ifadəsini işlədir. Tezliklə işə başlanmasının dördüncü ili tamam olacaq. Amma belə görünür ki, sürücülər hələ çox gözləmək məcburiyyətində qalacaq. Çünki iş faktiki getmir, dayandırılıb. İşçilərə də büdcədə pul olmadığı deyilib.

Digər yandan sanki asma körpü görüntüsü yaradılır. Yalnız tağlardan istifadə olunacağı nəzərə çarpır. Yerli adamlar da ənənəvi asma körpünün inşa edilmədiyini deyir.

Bu məsələyə fikir bildirən insanlarda bir də dövlət qurumlarına inamsızlıq hiss olunur. İnsanlar ortaya yaxşı iş çıxacağına inanmır. Çünki onlar həmişə aldadılıb. İllərdir asma körpü gözləyirlər, görünən mənzərə isə fərqlidir. İş getmir, nə vaxt bitəcəyi də bilinmir. Dövlət qurumlarının məsuliyyətsizliyi vətəndaş inamını çox dərin zədələyib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri