Ən uzun müddət qol buraxmayan qapıçı oldu
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İspaniya millisinin qapıçısı Unay Simon Dünya Kuboklarında ən uzun müddət qol buraxmayan qapıçı kimi rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bununla da o, İtaliya millisinin qapıçısı Valter Zenqanı geridə qoyub.
Belə ki, Simon Dünya Kuboklarında ardıcıl 519 dəqiqə qol buraxmayıb. Zenqa isə ardıcıl 517 dəqiqə qapısını toxunulmaz saxlayıb.
İspaniya cari Dünya Kubokunda dörd oyunda qol buraxmayıb. İspanlar 1/16 finalda avstriyalıları 3-0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İspaniya iyulun 6-da 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.
Xatırladaq ki, 29 yaşlı Simon 2018-ci ildən bəri “Atletik Bilbao”da oynayır. Qapıçı komanda ilə birlikdə Kral Kubokunu (2024) və İspaniya Super Kubokunu (2021) qazanıb. O, həmçinin Avropa çempionu (2024) və Millətlər Liqasının 2022/23-cü il mövsümünün qalibidir.
Bu mövzuda digər xəbərlər:Səfər oyunlarında ən uzun müddət qol buraxmayan klublar bəlli olub
10 Dekabr 2024 00:02
Milli çempionatlarda ən uzun müddət qol buraxmayan qapıçıların adları açıqlanıb
25 Fevral 2026 12:26
Almaniyanı 1/8 ə buraxmayan qapıçı ən yaxşı seçildi
30 İyun 2026 09:08
Kosmosda ən uzun müddət gəzən qadın o OLDU
31 Yanvar 2025 21:19
Lunyov ən zəif qapıçı oldu
20 Dekabr 2025 11:11
Baxış sayı:157
Bu xəbər 03 İyul 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















