Icma.az
close
up
RU
Endirimlə satılan xarab qızıl balıq: ALMAĞA DƏYƏRMİ? VİDEO

Endirimlə satılan xarab qızıl balıq: ALMAĞA DƏYƏRMİ? VİDEO

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə yayılan videolardan birində alıcı marketdə alış-veriş zamanı satışa çıxarılan məhsullarla bağlı narazılığını ifadə edib. 

Müştəri vitrindəki avokadoları göstərərək bildirib ki, normal vaxtlarda bu məhsullar "od qiyməti"nə satılır. Lakin artıq istifadəyə yararsız hala düşdükdən sonra endirimə salınır; "Bunu əvvəldən münasib qiymətə satsaydılar, camaat ala bilərdi. İndi isə bu qədər avokado atılacaq". 

O, eyni zamanda vitrində endirimlə təqdim olunan qızıl balığın da xarab olduğunu iddia edərək məsələ ilə bağlı etirazını ifadə edib. Müştəri qeyd edib ki, qızıl balığı 23 manatdan 13 manata endirimə salıblar:

"Bunu yeyən ölər, artıq xarab olub. Balıqla zarafat olmaz. Belə məhsulları niyə vitrində saxlayırsız, atın getsin!”

Həmin görüntü sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. 

Endirimdə belə olsa, bu cür məhsulu müştəriyə təqdim etmək nə dərəcədə doğrudur?

Ümumiyyətlə, endirimli məhsullar və onların keyfiyyəti ile bağlı standartlar hansılardır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hər bir satış yerində, o cümlədən marketlərdə endirim strategiyaları fərqli olur. 

Onun sözlərinə görə, endirimli məhsullar da qida təhlükəsizliyi qaydalarına cavab verməli, insan sağlamlığına heç bir ziyan vurmamalıdır:

"Bir çox hallarda tez xarab olan meyvə-tərəvəzlərin rəf ömrü az qaldıqda endirimə salınır. Eyni zamanda, son istifadə müddəti yaxınlaşan paketlənmiş qidalar da endirimli qiymətlə təklif edilə bilər. Bəzən isə yeni bir məhsulun tanıtımı məqsədilə və ya az satılan məhsullara alıcı marağını artırmaq üçün endirim kampaniyaları təşkil olunur.

Lakin diqqət etmək lazımdır ki, əgər məhsul boyatdırsa, köhnədirsə və ya zahirən istifadəyə yararlı görünsə belə insan sağlamlığına zərər vura bilirsə, onun satışa çıxarılması düzgün deyil".

Məhsəti Hüseynova qeyd edib ki, bəzi məhsullar, xüsusilə də xaricdən gətirilən meyvə-tərəvəzlər baha olduğu üçün hamısı vaxtında satılmaya bilər:

"Bu, müəyyən müddət sonra həmin məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Lakin əgər meyvə-tərəvəz əzilibsə, müəyyən hissəsi xarab olubsa və ya öz normal görünüşünü itiribsə, bu zaman onun qida dəyəri azalır və maddələr mübadiləsinə mənfi təsir göstərə, həzm problemlərinə səbəb ola bilər. Buna görə də köhnə və xarab məhsullardan uzaq durmaq məsləhətdir".

Ekspertin sözlərinə görə, sağlamlığına önəm verən insanlar mənşəyi məlum olan, təzə və keyfiyyətli məhsullar almağa üstünlük verməlidirlər:

"Bəzi məhsulların isə rəf ömrü qısadır, xüsusilə də konservant tərkibli olmayan süd və süd məhsulları (qatıq, kefir, pendir və s.). Əgər bu məhsullar düzgün şəraitdə saxlanılıbsa, son istifadə müddəti tamamlanmayıbsa, endirimdə olsa belə onların alınmasında problem yoxdur.

Ət, toyuq və toyuq məhsulları da bəzən endirimlə təqdim olunur. Belə hallarda məhsulun qablaşdırmasının zədələnmədiyindən, üzərində bütün zəruri məlumatların göstərildiyindən və düzgün saxlanılma şəraitinə riayət olunduğundan əmin olmaq vacibdir. 

Çox vaxt bu məhsulların donu açılıb yenidən dondurula bilər ki, bu da həm tərkibinə, həm də keyfiyyətinə mənfi təsir göstərir. Alıcılar isə bu vəziyyəti hər zaman müəyyən edə bilmədiklərindən risklə qarşılaşa bilərlər".

Məhsəti Hüseynova bildirib ki, bayram və xüsusi günlər zamanı satış məkanlarında tez-tez kampaniyalar keçirilir:

"Bu zaman yüksək risk qrupuna daxil olmayan məhsullar, məsələn, çay, şəkər, düyü, makaron, şirniyyatlar və s. endirimlə təqdim edilir. Əgər bu məhsulların son istifadə tarixi yaxın deyilsə, onları almaq və istifadə etmək mümkündür. 

Lakin nəzərə almaq lazımdır ki, bu cür qidalar alındıqdan sonra evdə uzun müddət saxlanmamalıdır. Çünki onların həm ömrünün sonuna az qalır, həm də artıq bir neçə mərhələdən, məsələn, daşınma, satış və s. keçmiş olur. Qida zənciri boyunca düzgün şərait təmin edilməyibsə, məhsulda müəyyən dəyişikliklərin baş verməsi mümkündür".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri