Ənənəvi dostluğumuzun möhkəmlənməsində səylər göstərməyə hazıram Cinpin
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
"Unikal" xəbər verir ki, bu sözlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
Si Cinpinin təbrik məktubunda deyilir: “Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Mart 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















