Icma.az
close
up
RU
Ənənəvi riyaziyyatı unudun: Bu metodla uşaqlar lider olur MÜSAHİBƏ

Ənənəvi riyaziyyatı unudun: Bu metodla uşaqlar lider olur MÜSAHİBƏ

Icma.az, Tribuna saytına istinadən bildirir.

Mental arifmetik proqramı ilk dəfə Yaponiyada tətbiq olunub.

Bu proqram 4-12 yaş arası uşaqlar üçün zəka inkişafını təmin edən zehni inkişaf proqramıdır. Proqram arifmetik əməliyyatlarda abakusun necə istifadə ediləcəyini öyrənməklə başlayır, daha sonra tələbələrin abakusdan istifadə etmədən əməliyyatları çox tez, tamamilə zehni olaraq yerinə yetirməyi öyrənməsi ilə davam edir. Daha doğrusu, onların zehnində abakusun təsviri sabitləşir və hesablamalar apararkən əllərinin altında abakus varmış kimi barmaqlarını hərəkət etdirirlər. Mental Arifmetika Proqramının son mərhələsində tələbələr barmaqlarını belə qaldırmadan zehinlərindəki əməliyyatları kalkulyator sürətində həll etmək bacarığına çatırlar.  Tədqiqatçıların Mental Arifmetika təlimi alan tələbələrə tətbiq etdikləri testlər və elmi təhlillər nəticəsində əldə edilən nəticələrə görə, şagirdlərin beyin fəaliyyətlərinin artdığı, sağ və sol loblarının birlikdə stimullaşdırıldığı, ədədi intellekt (İQ) və emosional intellektdə (EQ) əhəmiyyətli irəliləyişlərin olduğu müşahidə edilib.

Azərbaycanda bu sahə üzrə çalışan peşəkar müəllimlərdən biri Aynur Qummatova Tribunainfo.az-a Mental Arifmetikanın faydalarından, eyni zamanda dərinliklərindən söhbət açdı.

Müsahibəni təqdim edirik:

– Özünüz haqqında məlumat verərdiniz.

– Mən, Aynur Qummatova, artıq 10 ildən çoxdur ki, ölkəmizdə mental arifmetikanı tədris edirəm. Bu sahəni dərinliklə tədris edən ilk mütəxəssislərdən biriyəm.
Mental arifmetika – sürətli və dəqiq məntiq üzərində qurulan bir metoddur.

– Bir çox müəllim mental arifmetikanı məsləhət görmür, məsələn deyirlər ki, “nə olsun ki, sürətli hesablamanı öyrəndi, bəs məsələni necə həll edəcək”, – bu yanaşmaya münasibətiniz necədir?

– Mental arifmetika haqqında anlayışı olmayan insanlar bəzən bu sahəyə qarşı laqeyd yanaşır və ya uşaqlara qarşı qısqanclıq göstərirlər.
Ancaq mental arifmetika yalnız sürətli hesablama ilə məhdudlaşmır.
Bu, məntiq üzərində qurulan bir metoddur.

Bu metodla:
• Məntiq inkişaf edir,
• Diqqət aşağı yaşdan formalaşır,
• Yaddaş güclənir və
• Uşaq digər fənləri də daha yaxşı qavrayır.

Ən əsası isə bu metodikanın düzgün şəkildə tədris olunması vacibdir.
Çünki son zamanlar qeyri-peşəkar müəllimlərin sayı artmaqdadır və təəssüf ki, onlar bu sahəni dərinliklə tədris etmirlər.
Bu səbəbdən də mütləq şəkildə peşəkarlara müraciət etməyi tövsiyə edirəm.
Mental arifmetika düzgün metodla tədris olunduqda, uşaq daha özünəinamlı olur və məktəbdə liderliyə yüksəlir.

– Aylarla, illərlə ənənəvi hazırlıqlarda hələ də ləng olan şagird mental hesablamaya başlasa, uğur əldə edə bilərmi? Yaxın keçmişdə valideynlər uşaqlara barmaqla hesablamağa icazə vermirdi, lakin indi bu üsul trend olub. Bildiyim qədəri ilə bu üsul beynin həm sağ, həm də sol yarımkürəsini çalışdırır, doğrudurmu?

– Bu metod sadə barmaqla hesablamadan ibarət deyil.
Əldə hər barmaq müəyyən rəqəmi və məntiqi hesablamanı təmsil edir. Uşağa qaydalar öyrədilir və həm abakus üzərində, həm barmaqla, həm də beyin vasitəsilə tədris olunur.
Nəticə etibarilə, uşaq rəqəmləri beynində təsəvvür edərək hesablama aparır.
Təsəvvür edin, uşağın beyni o qədər inkişaf edir ki, bütün rəqəmləri sərbəst şəkildə hesablaya bilir.
Ona görə də bu metod sadəcə “barmaqla hesablama” deyil, daha dərin və effektiv bir üsuldur.

– Bu sahədən də sui istifadə edən şəxslər var, peşəkar və qeyri peşəkarı ayırd etmək üçün valideynlər nəyə diqqət etməlidir?

– Təəssüf ki, bu sahədə qeyri-peşəkar müəllimlərin sayı getdikcə artır.
Tez-tez sosial şəbəkələrdə və müxtəlif məqalələrdə “evdar xanımlara mental arifmetikanı öyrədirəm” kimi elanlara rast gəlirəm. Araşdıranda isə məlum olur ki, bu sahəni öyrədən şəxs özü qeyri-peşəkardır, heç savadı belə yoxdur.
Bəziləri bu metodu çox qısa zamanda öyrənib dərhal müəllimlik etməyə başlayır və reklamlar paylaşaraq “hər kəsi öyrədirəm, bir aya müəllim olacaqsınız” deyə, iddialar irəli sürür.
Nəticədə, belə qeyri-peşəkar kadrların sayı artır.

Valideynlər bu məsələdə mütləq diqqətli olmalıdır.
Çünki əgər bir insan mental arifmetikanı özü tam öyrənməyibsə və bunu da qeyri-peşəkar birindən öyrənibsə, sonra özü də müəllimlik etməyə çalışırsa, bu zaman nəticə fəlakətli ola bilər.
Belə kurslar ucuz qiymətə satılır, lakin sonda nəticə yarımçıq və effekt verməyən olur.
Ən pisi isə odur ki, bu cür insanlar mental arifmetika sahəsinə kölgə salır, onun nüfuzuna zərər vururlar.

– Mental arifmetika riyaziyyatı sevməyən şagirdlərdə belə, riyaziyyata qarşı sevgi yaradır. Doğrudurmu?

– Bəli, çox vaxt valideynlər elə bilirlər ki, mən mental arifmetikaya yalnız riyaziyyatı güclü olan uşaqları qəbul edirəm.
Bu, qətiyyən belə deyil. Əksinə, mən ən zəif uşaqları belə qəbul edib onlarda maksimum nəticə əldə edir, riyaziyyatı onlara sevdirirəm.

Əlbəttə, bu sahədə özümün formalaşdırdığım xüsusi metodikam var – hər bir uşağın psixologiyasına uyğun yanaşıram.
Mental arifmetikanı məktəbdəki, uşaqların çoxunun sevmədiyi klassik riyaziyyat dərsləri kimi tədris etmirəm.

Ümumiyyətlə, mənimlə mental arifmetika ilə məşğul olan uşaqlar məktəbdə hər zaman seçilirlər, daha irəlidə olurlar.
Ən önəmlisi isə riyaziyyatı sevməyə başlayırlar və nəticələri yüksək olur.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 May 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri