Icma.az
close
up
RU
“Ənənəvi sünnilik və ənənəvi şiəlik xurafatlarla zəngin olsa da radikalizmə, siyasətə meyilli deyil” TURAL İRFAN YAZIR

“Ənənəvi sünnilik və ənənəvi şiəlik xurafatlarla zəngin olsa da radikalizmə, siyasətə meyilli deyil” TURAL İRFAN YAZIR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Doğrudur, İslam dininin mahiyyəti məzhəbçiliyin, firqələrə parçalanmanın əleyhinədir. Ancaq tarixi proseslər və müəyyən səbəblər dinin çoxsaylı məzhəb, təriqət və cərəyanlara bölünməsinə gətirib çıxarıb.

Bu tendensiya ölkəmizdən də yan keçməyib. Nəticədə inanclı əhali bir neçə məzhəb üzərindən dinə etiqad edir. Vaxtilə Hənbəli, Şafii, Zeydi fiqhi məzhəblərinə, Mötəzilə, Əşəri, Maturudi etiqadi məzhəbinə, Səfəviyyə, Xəlvətiyyə, Hürufilik, Nəqşbəndilik sufi təriqətlərinə bağlı olanlar olsa da zamanla əriyib getmiş yalnız şimal bölgəsində Şafiilik və əsasən aparıcı məzhəblər olaraq ölkəmizdə Hənəfi sünniliyi və Cəfəri şiəliyi qalmışdır ki, Şafiilər etiqadda Əşəri, Hənəfilər Maturudi, Cəfərilər isə İsnaəşəridir.

Qismən də Nəqşbəndilər mövcuddur. Müasir dövrümüzdə peyda olan vəhhabizmin Sələfi qolunun isə ölkəmizdə heç bir təməli, özəyi yoxdur. Çünki bu cərəyan çox sonralar yaradılmışdır.

Hazırda ölkədə mötədil və ənənəvi şiəliyi siyasi İran şiəliyi kimi tanınan şüubiyyə rafiziliyinin əvəzləməsi, ənənəvi sünniliyi də özlərini Sələfilər kimi təqdim etməyə cəhd edən vəhhabiliyin əvəzləməsi təhlükəli nəticələr verə bilər. Ənənəvi və mötədil şiəlik, eyni sünniliklə uzlaşır, dil tapır, hardasa vəhdətə gəlir. Lakin vəhhabizm ilə rafizizm tam əks qütblərdə dayanaraq barışmaz düşmən mövqelərdə yer alırlar. Siyasi və radikal şiəlik ekstremist vəhhabizmlə üzləşərək əslində bir – birini inkişaf etdirirlər. Rəqabət zəmini yaradıb bir – birinə pas ötürürlər.

Siyasi fars şiəliyi ilə (rafizizm) radikal ərəb vəhhabizmi üz – üzə gələndə ötən qərinəmizdəki İraq və Suriya nümunəsi yaranır. İŞİD radikal ərəb vəhhabizminin etiqad əsasları ilə, irançı İraq milisləri və Suriyadakı keçmiş Əsəd rejiminin “Şəbbiha” adlanan gizli xidmət qurumu siyasi şiəliyin, rafizizmin fərqli görkəmdəki təqdimatı ilə üz-üzə gələrək Yaxın Şərqi elə qan gölünə döndərdi ki, 60 – dan artıq dövlət birləşib iyirmi ilə yaxın vaxt, milyardlarla pul, on minlərlə əsgər qanı sərf etdi ki, bəlanı aradan qaldırsınlar.

Ənənəvi sünnilik və ənənəvi şiəlik xurafatlarla zəngin olsa da radikalizmə, siyasətə meyilli deyil. Özlərini “Əhli Beyt aşiqi” adlandıran siyasi şiəlik nümayəndələri və özlərini “Əhli sünnə vəl cəmaət” elan edən vəhhabilik mənsubları müasir texnologiyalardan, sosail şəbəkə imkanlarından geniş istifadə edərək ölkədə dini mühiti ixtilaflı görkəmə, əcaib şəklə salırlar.

Bütün müzakirə və çıxışlar, mövzular demək olar ki, bir – birinə qarşı yönəlir. Sanki bir – birini sıradan çıxarmağa çalışırlar, lakin nəticədə bir – birini inkişaf etdirir, cəmiyyətin dinə maraqlı olan hissəsinin diqqətini həmin mövzulara çəkə bilirlər. Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da ikisindən birinə meyl yaradır.

Orijinal və mötədil İslama qayıdışı ənənəvi şiəlik və ənənəvi sünnilik üzərindən təmin etmək daha asandır. Lakin vəhhabizm və rafizizm üzərindən əsla mümkün deyil.

Tural İrfan

Dinşunas

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri