Icma.az
close
up
RU
Energetika naziri Dünya Bankı Qrupunun vitse prezidenti ilə görüşüb

Energetika naziri Dünya Bankı Qrupunun vitse prezidenti ilə görüşüb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə görüş keçirilib. 

XQ xəbər verir ki, görüşdə bərpa olunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan ilə Dünya Bankı arasında karbohidrogenlərdən başlayaraq bərpa olunan enerji layihələrinədək müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığı və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində qısa müddətdə əldə etdiyi nəticələr enerji sektorunda həyata keçirilən islahatların mühüm göstəricisidir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpa olunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilib. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib. 

Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüsləri xüsusi diqqət mərkəzində olub. Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin gedişatı barədə məlumat verilib.  Bununla yanaşı, Azərbaycan - Mərkəzi Asiya, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan interkonnektor layihələri üzrə aparılan işlər müzakirə olunub. Xəzər regionundan Naxçıvan və Türkiyə istiqamətində ötürücü xətt layihəsinin də icra mərhələsində olduğu diqqətə çatdırılıb.

Həmçinin Dünya Bankı ilə ESCO modeli əsasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib. Bildirilib ki, dövlət vəsaiti olmadan özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etdiyi bu model Azərbaycan üçün də faydalı ola bilər.

Görüş zamanı dənizdə külək enerjisi layihələri, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Dünya Bankı tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqları ifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri