SOCAR ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 2 iyul, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.
Söhbət zamanı SOCAR ilə “Uzbekneftegaz” arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, şirkətlərin əməkdaşlığı çərçivəsində Özbəkistanın Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqların əldə edildiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 İyul 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















