Icma.az
close
up
RU
Статья не опубликована
Energetika Nazirliyi enerji auditoru ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edib

Energetika Nazirliyi enerji auditoru ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edib

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edib.

AzNews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarının, həmçinin həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.

İxtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur. Attestasiya test üsulu ilə Energetika Nazirliyi tərəfindən 2 saat müddətində və fasiləsiz keçirilir. Namizədlərə 40 qapalı və 10 açıq tipli olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilir. Testdə ən azı 45 bal toplamış namizədlər attestasiyadan keçmiş hesab olunurlar.

Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.

Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.

İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin www.minenergy.gov.az rəsmi internet səhifəsində elan ediləcəkdir.

Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında “Enerji səmərəliliyi” bölməsinin “Enerji auditi” alt bölməsindən tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 28 Noyabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri