Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 7 fevral, AZƏRTAC
Kuba hökuməti enerji böhranına görə ciddi qənaət tədbirləri barədə qərar verib.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kubaya yanacaq satan ölkələrə əlavə rüsum tətbiq edəcəyini bildirib. Bundan sonra ölkənin yanacaq təminatı dayanıb.
Kubanın Baş naziri Oskar Peres bildirib ki, bu gündən yanacaq yalnız zəruri infrastrukturun fəaliyyəti üçün istifadə ediləcək. Dövlət müəssisələrində iş həftəsi 4 günə endiriləcək, şəhərlərarası qatar və avtobus reyslərinin sayı azaldılacaq, bəzi turizm obyektləri bağlanacaq.
Məktəblərdə dərs saatları qısaldılacaq, universitetlərdə isə yarıəyani təhsil tətbiq olunacaq.
Oskar Peres əlavə edib ki, yanacaq ölkəyə valyuta gətirən strukturların təminatına yönələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Fevral 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















