Icma.az
close
up
RU
Enerji istehlakında sabit tarif mexanizmi

Enerji istehlakında sabit tarif mexanizmi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə “Elektroenergetika haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. Yeni dəyişikliklərə əsasən, elektrik enerjisi sektorunda sabit tarifin tətbiqi qərara alınıb. Qanunda sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması üçün  hər bir istehlakçı üzrə tətbiq edilən aylıq tarif elementi nəzərdə tutulub.

Bu fikri bir qədər də konkretləşdirib qeyd edək ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, bu, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanmasını şərtləndirir.  Yəni mənzili olan, amma orada yaşamayan hər bir vətəndaş elektrik enerjisini sabit tariflə ödəyir.

Respublikada sabit tarifin səviyyəsi isə hələlik müəyyən olunmayıb. Energetika nazirinin müavini Orxan Zeynalov Milli Məclisin növbədənkənar sessiyasında sabit tarifin hər bir abonent üzrə aylıq 1 manatı keçməyəcəyini bildirib. Ekspertlər tərəfindən də qərarın hamıya, yəni əhalinin bütün qruplarına eyni qaydada şamil olunacağı vurğulanıb. Hətta bu model ev telefonu ilə də müqayisə edilib. Belə ki,  ev telefonundan istifadə olunmasa belə aylıq abunə haqqı ödənilirsə, elektrik enerjisi ilə bağlı da oxşar mexanizmin tətbiq ediləcəyi diqqətə çatdırılıb.

“Elektroenergetika haqqında” qanun layihəsində qüvvəyə minən dəyişiklikdə,   həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib. 

Beləliklə, sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçıları arasında ədalətli şəkildə bölüşdürülməsidir.

Onu da deyək ki, “Elektroenergetika haqqında” Qanuna dəyişikliklər müəyyən sualların meydana çıxmasını da şərtləndirir. Bu zaman ən çox verilən suallardan biri “sabit tarif tətbiq olunması mövcud tarifi artıracaqmı?” – sualı ilə bağlıdır. Ekspertlər tərəfindən bu sual belə cavablandırılır: “Xeyr, sabit tarifin tətbiq olunması elektrik və qaz tariflərinin artımı demək deyil. Mövcud tarifin daxilində strukturlaşdırma aparılması və istehlakından asılı olmayaraq hər bir abonentin sabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə, “sabit tarif” xərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqində əsas məqsəd olan xidmət keyfiyyətinin artırılması mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması və təchizat sahələri üzrə sabit pul axınlarının formalaşdırılması hesabına əldə edilməsidir. 

Bu gün vətəndaşları “elektrik enerjisi və qaz istehlak edən hər bir şəxs bunun ödənişindən əlavə sabit tarif də ödəməli olacaq?”– sualı da düşündürür. Cavab isə çox sadədir: Sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrik enerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdə tutulmur. Başqa sözlə, sabit tarif hazırda mövcud tarifin daxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan sabit tarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğru olar.

Bəs sabit tarif nə vaxtdan tətbiq olunacaq? Bu sualın cavabına gəlincə, qanunun qəbulu bilavasitə sabit tarifin tətbiqi mənasına gəlmir, bunun üçün hüquqi zəmin yaranır. Sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə də aparılmır. 

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklərlə bağlı digər bir sual da birdən çox mənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrik enerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə əlaqədardır. Bununla bağlı bildirilir ki, sabit tarif elementinin tətbiqində əsas məqsədlərdən biri sabit xərclərin ədalətli ödənişinə nail olmaqdır. İstifadə edilməyən, başqa sözlə, istehlakı reallaşmayan mənzillərə sahib abonentlər sabit tarif üçün ödəniş edəcəklər. Çünki hazırda bu tipli mənzillərlə bağlı faktiki sabit xərclər digər abonentlər tərəfindən ödənilir. 

Ümumiyyətlə, hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses olmaqla istehsaldan başlamış ötürmə və paylama şəbəkəsi üçün güc tələbi, əlavə infrastruktur və maliyyə yükü yaradır. Yəni, abonentin şəbəkəyə qoşulması onun enerji istehlak edib-etməməsindən asılı olmayaraq, müəyyən xərclərin yaranmasını şərtləndirir. Belə olduğu təqdirdə, başqa bir haqlı sual da meydana çıxır: niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir?

Beləliklə, sabit tarifin vahid formada olacağı, yoxsa qiymətləri dəyişən paketlər şəklində təqdim ediləcəyi ilə bağlı (yəni, 10, 15, 25, 50 manatlıq paketlər və s.)   beynəlxalq təcrübədə vurğulandığı   kimi, sabit tarifin tarif dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasında  gerçəkləşəcəyi   nəzərdə tutulur.

Nəhayət, sözügedən qanuna dəyişikliklərdən irəli gələn bir məqamın, yəni sabit tarifin hansı orqan tərəfindən müəyyənləşdiriləcəyinin aydınlaşdırılması da zəruridir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun  9.2-ci maddəsinə və həmin Qanunun tətbiqi barədə ölkə Prezidentinin 2023-cü il 19 may tarixli Fərmanına əsasən, 2028-ci il 1 iyul tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

Sabit tarifin tətbiqinin müsbət nəticələri barədə fikir bildirən ekspertlərə görə, “Elektroenergetika haqqında” Qanunun tətbiqi nəticəsində kommunal sahədə bir sıra müsbət nəticələr əldə olunacaq. Belə ki, bundan sonra təchizat xərclərinin daha təkmil iqtisadi yanaşmalar əsasında tariflərə ötürülməsi  gerçəkləşəcək, daha ədalətli tarif strukturunun formalaşdırılması, təchizat şəbəkələri üzrə dayanıqlığının təmin olunması baxımından təchizat subyektlərinə tarif daxilolmaları üzrə pul axınlarında sabitlik reallaşacaq, təchizat xidmətləri üzrə gəlir və xərclərin daha səmərəli proqnozlaşdırılması və dövri subsidiya tələblərinin tədricən aradan qaldırılması öz həllini tapacaq.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Son illərdə ölkəmizdə enerji sektorunda mühüm islahatlar həyata keçirilir. Bərpa olunan enerji mənbələrinin inkişafı, şəbəkələrin modernləşdirilməsi, enerji səmərəliliyi tədbirləri, eləcə də rəqəmsallaşma prosesləri elektroenergetika sahəsində əsas prioritetlərdən sayılır. Yeni sabit tarif modeli də bu islahatlar zəncirində mühüm halqalardan biridir.

Xüsusilə bərpa olunan enerji sahəsinə özəl sektorun marağının artırılması və investisiyaların cəlbi baxımından sabit tarifin tətbiqi mühüm əhəmiyyət daşıyır. Enerji bazarında tənzimlənən və proqnozlaşdırıla bilən mühitin yaradılması, həm dövlət, həm də özəl enerji şirkətləri üçün uzunmüddətli planlama imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qanunvericilik dəyişikliyi elektroenergetika sahəsində strateji baxışın və planlı inkişafın bir nümunəsidir. Sabit tarif sistemi enerji sektorunda maliyyə dayanıqlığını artırmaqla yanaşı, həm də vətəndaşların maraqlarının qorunması, şəffaf idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi üçün şəraitin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.

Yeni tarif modelinin əsas məqsədi elektrik enerjisinin sabit, dayanıqlı və keyfiyyətli təchizatını təmin etmək, enerji istehsalı və ötürülməsi üzrə xərclərin daha ədalətli şəkildə bölüşdürülməsi, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasıdır. Sabit tarif sistemi, xüsusilə şəbəkənin texniki istismarı və inkişafı ilə bağlı sabit xərclərin (məsələn, infrastrukturun saxlanılması, texniki heyət, avadanlıqların modernləşdirilməsi) qarşılanmasında mühüm rol oynayacaq.

Bundan əlavə, yeni sistem enerji istehsalçıları və şəbəkə operatorları üçün daha proqnozlaşdırıla bilən gəlir axını yaradacaq. Bu isə, öz növbəsində, sektora özəl investisiyaların cəlb olunmasını təşviq edəcək. Çünki sabit gəlir mənbələri olan enerji sektoru investorlar üçün daha az riskli və cəlbedici hesab olunur.

Yeni tarif mexanizminin tətbiqi vətəndaşlar üçün müəyyən üstünlüklər və yeniliklər də gətirəcək. Belə ki, bu sistem enerji təchizatının sabitliyini artıracaq, xüsusilə regionlarda elektrik enerjisinin fasiləsiz və keyfiyyətli çatdırılması təmin olunacaq. Sosial baxımdan daha balanslı sistemin qurulmasına zəmin yaradan  bərabərlik prinsipi tətbiq ediləcək. Əlavə xərclərin qabaqcadan bilinməsi və aylıq planlamaların daha asan aparılması da reallaşacaq.

Qeyd etmək lazımdır ki, sabit tarif mexanizmi yalnız enerji istehlakı ilə bağlı dəyişkən xərcləri deyil, həm də istehsalat və infrastrukturun saxlanılması ilə bağlı baza xərcləri nəzərə alır. Bu, sistemin ümumi maliyyə sabitliyini gerçəkləşdirməyə kömək edir.

Yeni tarif mexanizmi hazırlanarkən sosial ədalət prinsipinə ciddi şəkildə riayət olunub. Dövlət bu prosesdə sosial həssas qrupların maraqlarını qorumağı prioritet hesab edir. Gözlənilir ki, aşağı gəlirli ailələr üçün tarif yükünün balanslaşdırılması məqsədilə dəstək mexanizmləri də tətbiq olunacaq. Beləliklə, sabit tarifin sosial yükü balanslaşdırılacaq və əhali üçün elektrik enerjisi sərfəli qalacaq.

V.BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see282

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see225

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see225

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see220

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see212

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see207

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see193

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see192

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see191

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see191

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see189

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see186

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see179

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see176

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see174

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see172

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see170

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri