Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaqdadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb və müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir. Xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilir. Enerji səmərəliliyi sahəsində də atılan addımlar səmərəli istifadəyə şərait yaradır. Elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir”, - deyə nazir müavini qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















