Icma.az
close
up
RU
Enerji siyasəti yeni strateji uğurlar vəd edir Deputat

Enerji siyasəti yeni strateji uğurlar vəd edir Deputat

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. İyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu siyasətin yeni mərhələyə keçidini, ölkənin enerji sahəsindəki texnoloji və təşkilati yetkinliyini, eləcə də beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf modelini parlaq şəkildə nümayiş etdirir".

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentarinin sözlərinə  görə, 1880 meqavat generasiya gücünə malik olan bu stansiya Azərbaycanın tarixində ən iri enerji layihəsi olmaqla bərabər, dünya təcrübəsində də nadir hallarda rast gəlinən bir sürətlə – cəmi iki il ərzində tam şəkildə inşa edilib.

"Məlumdur ki, bu səviyyədə gücə malik enerji obyektlərinin inşası adətən 3-5 il, bəzən isə daha uzun müddət tələb edir. Bu uğur Azərbaycanın daxili mühəndislik resursları, təşkilati çevikliyi və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığının nəticəsi kimi dəyərləndirilir.  Layihənin həyata keçirilməsində İtaliya və Çin kimi dünyanın qabaqcıl ölkələrinin şirkətləri iştirak etmişdir. Bu əməkdaşlıq Azərbaycan ilə həmin ölkələr arasında strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib. İtaliya artıq uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xüsusilə neft-qaz sahəsində geniş əməkdaşlıq mövcuddur. Çin isə son illərdə ölkəmizin bərpaolunan enerji layihələrində əsas texnologiya və təchizat təminatçısı kimi çıxış edir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, şərti yanacaq sərfiyyatını da azaldacaq. Bu isə Azərbaycan üçün yalnız daxili iqtisadi qənaət deyil, eyni zamanda beynəlxalq bazarlara daha çox təbii qaz ixrac etmək imkanı deməkdir. 

Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri də yaşıl enerji istehsalıdır. “8 Noyabr” kimi müasir texnologiyalı stansiyalar bu keçidə mühüm dəstək verir, çünki onlar təbii qaz sərfiyyatını azaldaraq yaşıl enerjiyə daha çox yer ayırmağa şərait yaradır. 

Bugünkü gərgin beynəlxalq vəziyyət fonunda – xüsusilə enerji infrastrukturlarının tez-tez hücuma məruz qaldığı və enerji qiymətlərinin qeyri-sabit olduğu bir dövrdə Azərbaycan enerji sistemində sabitlik, dayanıqlılıq və çeviklik nümayiş etdirir. “8 Noyabr” Stansiyası həm daxili istehlakı təmin etmək, həm də ixracı artırmaq baxımından strateji resursdur. Stansiyanın adının “8 Noyabr” seçilməsi xüsusi rəmzi məna daşıyır. Bu, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfər Günüdür, məhz həmin gün Şuşa şəhəri azad olunaraq

Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir. Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri