Icma.az
close
up
RU
Enerji təhlükəsizliyi: əhali və qeyriəhali qrupların enerji istehlakınin əsas göstəriciləri

Enerji təhlükəsizliyi: əhali və qeyriəhali qrupların enerji istehlakınin əsas göstəriciləri

Icma.az bildirir, Manset portalına istinadən.

Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir. Hal-hazırda  təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir. Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.


Azərbaycan  Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün "ASAN xidmət",  "ASAN Kommunal",  kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də  istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində  müraciət və  sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar  “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər.


Yalçın Köçərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 03 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri