Enerjiyə sərmayələr azalır, kapital süni intellektə yönəlir IEA dan xəbərdarlıq
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları” hesabatına görə, enerji sektorunda artan xərclər və siyasət qeyri-müəyyənlikləri investisiyaları zəiflədir, kapital daha çox süni intellekt sahəsinə yönəlir.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, 2024-cü ildə enerji ilə bağlı vençur kapitalı investisiyaları 8 milyard dollar azalsa da, süni intellektə yatırılan sərmayə 84 milyard dollara çatıb. Bu, enerji sektorundakı göstəricidən üç dəfə çoxdur.
Çin şirkətləri 2025-ci ilə qədər qlobal enerji xərclərinin 38%-ni təşkil edəcək və bu göstərici ilə Avropanı geridə qoyacaq. Dövlət və özəl sektorun inteqrasiyası Çində təmiz enerji texnologiyalarında üstünlük yaradıb.
Enerji sektorunda araşdırma və inkişaf etdirmə sahələrinə çəkilən xərclərə görə, şirkətlərin sıralamasında dəyişiklik baş verib. Çinli “CATL”, “BYD” və “Tesla” kimi elektrikli nəqliyyat və akkumulyator istehsalçıları siyahıya daxil olub. Neft-qaz sahəsində isə “PetroChina”, “Sinopec” və “Saudi Aramco” mövqelərini qoruyub saxlayıblar.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















