Icma.az
close
up
RU
Tullantı enerjiyə çevrilir

Tullantı enerjiyə çevrilir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il ölkəmizdə məişət tullantılarından istifadə hesabına 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu isə əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində Azərbaycanda 4,4 min ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı əmələ gəlib. Bunun da 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Məlumata görə, ötən il yaranmış 3 milyon 25 min ton bərk məişət tullantılarının 80,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb.

Komitənin məlumatında qeyd olunub ki, sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,2 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 15,3 faizi ölkə daxilində satılıb, 1,4 faizi ixrac olunub, 11,6 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 49,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranıb. Bu isə ümumi tullantıların 6 faizinə bərabər olub. İl ərzində yaranmış tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrinin payına düşüb. Onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrdə formalaşan tullantılardır. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri