Entoni Hopkins 88 yaşında arzusunu gerçəkləşdirdi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıdı.
Moderator.az "Decca Classics" saytına istinadən xəbər verir.
"Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsin son 60 il ərzində bəstələdiyi 12 orkestr kompozisiyasından ibarətdir.
"Musiqi mənim ilk arzum, xəyalım olub. Mən bütün həyatım boyu musiqi bəstələyirəm. Bu əsərlərin bəziləri onilliklərdir ki, mənimlə yaşayır və mən hələ də onlara müraciət edirəm", - deyə Hopkins qeyd edib.
Qeyd edək ki, "Oskar" mükafatçısı, Hollivud aktyoru Entoni Hopkins dörd yaşından fortepianoda ifa edir. Uşaqlıqdan Bethoven və Şopenin əsərlərini ifa edən sənətçi yeniyetməlik illərində yerli teatr tamaşaları üçün musiqilər bəstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Avqust 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















