Icma.az
close
up
RU
Ənvəroviçlə AXCP sədrini nələr birləşdirir? KONKRET

Ənvəroviçlə AXCP sədrini nələr birləşdirir? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son günlər Ramiz Mehdiyev olayı nəinki medianın, eləcə də bütün ölkənin gündəmini zəbt edib. Mehdiyev kimi “böyük fiqur” ətrafında cərəyan edən hadisələr təbii ki, hər kəsin maraq dairəsindədir. “Elin gözü tərəzidir” və cəmiyyət kimin nə deməsindən asılı olmayaraq “Ağı qaradan seçməyi” yaxşı bacarır.

Ona görə də, Ramiz Mehdiyev kimi obrazlar heç zaman cəmiyyətin rəğbət bəslədiyi simalara çevrilməyiblər. Ancaq bu gün Mehdiyev ətrafındakı hadisələrdən daha çox özünü “saf və təmiz ana müxalifət” adlandıran Əli Kərimlinin, eləcə də 3-5 nəfərlik trol qruplarının “boz kardinal”la yaxınlığı haqda yayılan informasiyalar xüsusi maraq doğurur. Axı Ramiz Mehdiyev uzun illər bu dövlətdə yüksək post tutub, Əli Kərimli isə hər zaman özünün “müxalifətçi” kimi qələmə verib. Bəs bu iki çütlüyü birləşdirən nədir? Ramiz Mehdiyev və Əli Kərimli “məhəbbəti”nin arxasında hansı gizli və qaranlıq məqamlar dayanır? Bu sual çoxlarını düşündürür.

Əvvəla ondan başlayaq ki, Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunmasından sonra Əli Kərimli və onun ətrafında olanlar yaman fəallaşıb. Sosial şəbəkələrdə Mehdiyevin müdafiəsinə qalxan “Əli”çilərin sayı-hesabı yoxdur. Hətta keçmiş AXCP üzvü olan Fərəməz Novruzoğlunun qəfildən peyda olması və Ramiz Mehdiyevin şəcərəsi haqda danışması gündəmdə əsl “bomba” effekti yaradıb. Haqlı sual ortaya çıxır: AXCP hara, Ramiz Mehdiyev hara…

Axı Novruzoğlu Mehdiyevin yeddi arxa dönəni haqda haradan, necə məlumat əldə edib? Üstəlik, niyə hər zaman dövrü mətbuatda Ramiz Ənvəroviçin erməni olduğu haqda informasiyalar tirajlananda Fərəməz Novruzoğlu bir dəfə də olsun ortalığa çıxmayıb, onun şəcərəsindən danışmayıb, amma indi əlinə qələm alıb mənşəyi bəlli olmayan məlumatları döşəyir? Təbii ki, Mehdiyev vəzifədə olduğu vaxtlarda onun erməni olması ilə bağlı yazılanlar elə də böyük əhəmiyyət kəsb etmirdi. Həmin vaxtlar Ramiz Ənvəroviçin “qılıncının sağı da, solu da kəsirdi”, müdafiəyə ehtiyac duymurdu. Amma indi vəziyyət fərqlidir. Ona görə də, Mehdiyev öz sirdaşı, iş ortağı Əli Kərimliyə təlimat verib və onu müdafiə etməyi tapşırıb.

Digər tərəfdən, 2003-cü il seçkiləri zamanı baş verən hadisələr. ümumiyyətlə, Mehdiyevin vətənə xəyanət ittihamı ilə üzləşməsi onu göstərir ki, Əli Kərimli və Ramiz Ənvəroviç çütlüyünün əvvəldən gizli və məkrli planı və sövdələşməsi olub. Çox hiyləgər insan olan Kərimli Mehdiyevlə birləşərək ölkədə çevriliş yaratmaq, Ənvəroviçin hakimiyyətə gəlməsinə nail olmaq üçün çalışıb. Təbii ki, özləri də bu halda hakimiyyətin müəyyən qollarında təmsil olunmağı düşünüblər. “Qoca”nın ömrünün başa çatdığını fikirləşən Əli Kərimli və onun ətrafındakı qüvvələr Mehdiyevdən sonra hakimiyyəti öz əllərinə keçirmək xülyası ilə yaşayıblar. Bütün bunlar danılmaz faktlardır və Əli Kərimli ilə Ramiz Mehdiyev ortqalığını sübuta yetirmək üçün kifayət edir. 

Bütün bunların fonunda Mehdiyevin “vurulmasından” sonra xaricdəki söyüş blogerlərinin də öz sosial media platformalarını bağlayacaqlarını bəyan etməsi, ən əsası isə bunu maddi çatışmazlıq səbəbi ilə əlaqələndirməsi əsaslı çübhələr yaradır. Görünən odur ki, Azərbaycan dövlətinə xəyanət edənlərin hamısı bir cəbhədə, yəni AXCP-də birləşərək Ramiz Mehdiyev tərəfindən kurasiya olunublar. Cəmil Həsənli, Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərlərinin Ramiz Mehdiyevin təlimatları əsasında hərəkət etməsinə dair kifayət qədər faktlar mövcuddur. Səbəbsə, çox sadədir: Birləşmək, vətənə, dövlətə xəyanət etmək, hakimiyyəti ələ keçirmək… Plan baş tutmasa da, indi də bunun üçün cəhdlər edilir. Əli Kərimli və Ramiz Mehdiyev “məhəbbəti”nin səbəbi də məhz budur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri