Icma.az
close
up
RU
“Epidemiya görünməmiş sürətlə yayılır” ÜST dən xəbərdarlıq

“Epidemiya görünməmiş sürətlə yayılır” ÜST dən xəbərdarlıq

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ebola virusunun Bundibuqyo variantı ilə bağlı Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Komitənin iclasında çıxışında deyib.

O, Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının görünməmiş sürətlə genişləndiyini açıqlayıb.

Qebreyesus bildirib ki, epidemiya əvvəlki Ebola epidemiyalarından daha sürətlə yayılır və həm milli, həm də beynəlxalq miqyasda yayılma riski yüksək olaraq qalır.

ÜST rəhbərinin sözlərinə görə, hazırda KDR-nin 6 əyalətində və 55 səhiyyə rayonunda təxminən 5 min nəfər yoluxub, 2300-dən çox insan isə həyatını itirib.

Qebreyesus epidemiyanın yayılmasında təhlükəsizlik problemləri, əhalinin məcburi köçü, yollar, çaylar və mədən marşrutları boyunca intensiv hərəkətin mühüm rol oynadığını bildirib.

O, Ebola epidemiyasının indiyədək qeydə alınan ən böyük yayılmalardan biri olduğunu və əvvəlki epidemiyalarla müqayisədə daha sürətli irəlilədiyini vurğulayıb.

Qebreyesus bildirib ki, risk yalnız KDR ilə məhdudlaşmır. Onun sözlərinə görə, Uqandada ilk yoluxma hadisəsindən sonra virusun yayılması dayandırılıb, lakin ötən ay bir səyahətçi virusu Fransaya aparıb.

Təşkilat KDR hökuməti, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və digər tərəfdaşlarla birlikdə epidemiyanın qarşısının alınması istiqamətində fəaliyyətini genişləndirir.

Qebreyesus Bundibuqyo virusuna qarşı hazırlanmış iki peyvəndin ilk dəfə insanlar üzərində klinik sınaqlara daxil edildiyini açıqlayıb.

Bundan əlavə, başqa bir peyvəndin heyvanlar üzərində aparılan tədqiqatlarda çarpaz qoruyucu təsir göstərdiyi və onun 3-cü mərhələ klinik sınaqlarına hazırlanıldığı bildirilib.

ÜST-ün dəstəklədiyi PARTNERS müalicə sınağına isə hazırda 100 xəstənin cəlb edildiyi açıqlanıb.

Qebreyesus epidemiyanın qarşısının alınması üçün daha sürətli məlumat mübadiləsi, gücləndirilmiş epidemioloji nəzarət, davamlı maliyyələşmə, təhlükəsiz giriş imkanları və sərhədyanı koordinasiyanın vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Ebola virusu ağır hemorragik qızdırmaya səbəb ola bilir. Virus ilk dəfə 1976-cı ildə eyni vaxtda indiki Cənubi Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku kəndində qeydə alınıb.

Virus adını Konqo Demokratik Respublikasında epidemiyanın baş verdiyi əraziyə yaxın yerləşən Ebola çayından alıb.

2013-2016-cı illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən Ebola epidemiyası xəstəliyin ən ağır yayılmalarından biri olub. Həmin dövrdə 30 mindən çox insanın yoluxduğu, 11 mindən çox insanın isə öldüyü bildirilir.

Konqo Demokratik Respublikasında hazırkı epidemiyada yayılan Bundibuqyo variantı ilə bağlı isə səhiyyə orqanlarının məlumatına görə, hazırda xüsusi təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Avqust 2026 03:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see391

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see290

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see276

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see270

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see233

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see224

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see223

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see210

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see193

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see172

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see171

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see164

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see159

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see159

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see158

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri