Icma.az
close
up
RU
ÜST dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”

ÜST dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ebola virusunun Bundibuqyo variantı ilə bağlı Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Komitənin iclasında çıxışında deyib.

O, Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının görünməmiş sürətlə genişləndiyini açıqlayıb.

Qebreyesus bildirib ki, epidemiya əvvəlki Ebola epidemiyalarından daha sürətlə yayılır və həm milli, həm də beynəlxalq miqyasda yayılma riski yüksək olaraq qalır.

ÜST rəhbərinin sözlərinə görə, hazırda KDR-nin 6 əyalətində və 55 səhiyyə rayonunda təxminən 5 min nəfər yoluxub, 2300-dən çox insan isə həyatını itirib.

Qebreyesus epidemiyanın yayılmasında təhlükəsizlik problemləri, əhalinin məcburi köçü, yollar, çaylar və mədən marşrutları boyunca intensiv hərəkətin mühüm rol oynadığını bildirib.

O, Ebola epidemiyasının indiyədək qeydə alınan ən böyük yayılmalardan biri olduğunu və əvvəlki epidemiyalarla müqayisədə daha sürətli irəlilədiyini vurğulayıb.

Qebreyesus bildirib ki, risk yalnız KDR ilə məhdudlaşmır. Onun sözlərinə görə, Uqandada ilk yoluxma hadisəsindən sonra virusun yayılması dayandırılıb, lakin ötən ay bir səyahətçi virusu Fransaya aparıb.

Təşkilat KDR hökuməti, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və digər tərəfdaşlarla birlikdə epidemiyanın qarşısının alınması istiqamətində fəaliyyətini genişləndirir.

Qebreyesus Bundibuqyo virusuna qarşı hazırlanmış iki peyvəndin ilk dəfə insanlar üzərində klinik sınaqlara daxil edildiyini açıqlayıb.

Bundan əlavə, başqa bir peyvəndin heyvanlar üzərində aparılan tədqiqatlarda çarpaz qoruyucu təsir göstərdiyi və onun 3-cü mərhələ klinik sınaqlarına hazırlanıldığı bildirilib.

ÜST-ün dəstəklədiyi PARTNERS müalicə sınağına isə hazırda 100 xəstənin cəlb edildiyi açıqlanıb.

Qebreyesus epidemiyanın qarşısının alınması üçün daha sürətli məlumat mübadiləsi, gücləndirilmiş epidemioloji nəzarət, davamlı maliyyələşmə, təhlükəsiz giriş imkanları və sərhədyanı koordinasiyanın vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Ebola virusu ağır hemorragik qızdırmaya səbəb ola bilir. Virus ilk dəfə 1976-cı ildə eyni vaxtda indiki Cənubi Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku kəndində qeydə alınıb.

Virus adını Konqo Demokratik Respublikasında epidemiyanın baş verdiyi əraziyə yaxın yerləşən Ebola çayından alıb.

2013-2016-cı illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən Ebola epidemiyası xəstəliyin ən ağır yayılmalarından biri olub. Həmin dövrdə 30 mindən çox insanın yoluxduğu, 11 mindən çox insanın isə öldüyü bildirilir.

Konqo Demokratik Respublikasında hazırkı epidemiyada yayılan Bundibuqyo variantı ilə bağlı isə səhiyyə orqanlarının məlumatına görə, hazırda xüsusi təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Avqust 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri