Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı Mask illər sonra sirləri açdı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlon Mask əvvəllər uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin adasına səfər etmək dəvətindən imtina etdiyini deyib.
"Ölkə.az" xəbər verir ki, bu barədə o öz “Facebook” hesabında məlumat verib.
"Bu yalan hekayəni təbliğ edən hər kəs nifrətə layiqdir. Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı. Amma mən bundan imtina etdim", - Mask yazıb.
Qeyd edək ki, Mask əvvəllər dəfələrlə ABŞ hökumətini işlə bağlı bütün materialları açıqlamağa çağırıb.
Xatırladaq ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın gətirildiyinə dair sübutların olduğunu bildiriblər.
Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən, o cümlədən sabiq dövlət başçıları, tanınmış biznes liderləri və şou-biznes məşhurları, çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar var idi.
ABŞ-da maliyyəçinin cinayət 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etməsi ilə dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















