Əqli Mülkiyyət Agentliyi TEKNOFEST və ISIF’26 da təmsil olunub
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı il 30 sentyabr - 4 oktyabr tarixlərlərində Türkiyənin Şanlıurfa şəhərində “TEKNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı keçirilib. Festival çərçivəsində 11-ci İstanbul Beynəlxalq İxtira və İnnovasiya Sərgisi (ISIF’26) təşkil olunub.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktoru Nicat Əlizadə və direktor müavini Aygün Əhmədova qeyd olunan tədbirlərdə iştirak ediblər.
Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin himayəsi, Türk Patent və Əmtəə Nişanı Qurumunun təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının dəstəyi ilə keçirilən ISIF’26-nın əsas məqsədi ixtiraçılar, tədqiqatçılar, universitetlər, texnoparklar, startaplar, investorlar, patent mütəxəssisləri, istehsalçılar və müvafiq dövlət qurumlarını vahid platformada bir araya gətirməklə ixtiraların beynəlxalq səviyyədə nümayişinə, təcrübə mübadiləsinə, beynəlxalq əməkdaşlığın inkişafına və kommersiyalaşdırma imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.
Sərgi çərçivəsində təşkil olunan panellərdə əqli mülkiyyətin innovasiyaların inkişafında və kommersiyalaşdırılmasında rolu, startapların dəstəklənməsi, ixtiraların beynəlxalq səviyyədə qorunması və bazara çıxarılması imkanları, o cümlədən ÜƏMT-nın innovatorlar üçün təqdim etdiyi beynəlxalq əqli mülkiyyət alətləri barədə məlumat verilib. Təqdimat və müzakirələrdə ixtiraların mühafizəsi ilə yanaşı, onların real bazar tələblərinə uyğun olaraq tərəfdaş və investorlar tərəfindən dəyərləndirilməsi, universitetlər və texnologiya transfer ofisləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzin nümayəndələri tədbirdə təqdim olunan ixtira və innovativ texnoloji həllərlə tanış olub, universitetlərin texnologiya transferi və kommersiyalaşdırma təcrübələrini öyrənib, texnologiya transfer ofisləri və innovasiya ekosisteminin digər iştirakçıları ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfər müddətində əldə olunan təcrübə və qurulan əlaqələr yerli və xarici universitetlər, texnologiya transfer ofisləri, elmi-tədqiqat və innovasiya qurumları ilə əməkdaşlığın genişləndirilməsinə, birgə təlim və təcrübə mübadiləsi proqramlarının təşkilinə zəmin yaradır. Bu əməkdaşlıq ölkəmizdə texnologiyaların kommersiyalaşdırılması və bazara çıxışının dəstəklənməsinə, universitet–sənaye əlaqələrinin gücləndirilməsinə və texnologiya transferi ekosisteminin inkişafına töhfə verəcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















