Icma.az
close
up
RU
Aprelin 26 sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Aprelin 26 sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib.

AZƏRTAC xəbər verir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyətin ritmini hiss et” mövzusuna həsr edilib.

Beynəlxalq Əqli Mülkiyyət Günü Azərbaycanda da qeyd olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

2021-ci ildə dövlətimizin başçısının Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Əqli Mülkiyyət Agentliyində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir.

2024-cü ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi ilə əlaqədar Agentliyə 310 iddia sənədi (2023-cü ildə 302 iddia sənədi), o cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modelə aid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə 34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddia sənədi daxil olub. Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4 faizə yaxın artıb. Həyata keçirilən islahatlar nəticəsində ölkəmiz patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir.

Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 39 (2023-cü ildə 35) və PCT beynəlxalq sistemi vasitəsilə patent alınması məqsədilə Beynəlxalq Büroya göndərilməsi üçün ixtiraya aid 7 (2023-cü ildə 6) iddia sənədi daxil olub ki, bu da ümumilikdə 2023-cü illə müqayisədə 12 faiz çoxdur.

2024-cü ildə Dövlət reyestrində 185 patent (2023-cü ildə 151 patent), o cümlədən ixtiralara dair 128 (2023-cü ildə 103), faydalı modelə aid 43 (2023-cü ildə 36) və sənaye nümunələrinə aid 14 (2023-cü ildə 12) patent qeydiyyata alınıb. Patent fəallığı 2023-cü illə müqayisədə 22 faiz artıb.

Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30-50 faiz qısaldılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri