Əraqçi: ABŞ Vyetnamda olduğu kimi, İranda da itkilərini gizlədir
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Vyetnamda olduğu kimi, İranda da itkilərini gizlədir.
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"Vyetnamda yüzlərlə ABŞ əsgəri öləndə və savaşın nəticəsi aydın olanda general Vilyam Vestmorlendin hər kəsi müharibənin yaxşı getdiyinə inandırmaq üçün Amerikaya necə qaytarıldığını heç kim unutmayıb",- Əraqçi qeyd edib.
Paylaşımını İrandakı müharibə ilə davam edən Əraqçi ABŞ-nin hazırda da eyni taktikadan istifadə etdiyini qabardıb:
"Məhz ABŞ rəsmiləri İranın hava hücumundan müdafiə sistemlərinin yox olduğunu iddia edərkən bir F-35 vurulur. Onlar İran donanmasının məhv edildiyini elan edəndə "USS Gerald Ford" geri dönür və "USS Abraham Lincoln" daha da uzaqlaşır".
İranın XİN rəhbəri sonda bildirib ki, fərqli onillik, eyni ssenari olsa da, ABŞ yenə qalib gəldiyini bəyan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Mart 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















