Əraqçi ilə Lavrov körfəzdəki vəziyyəti müzakirə etdilər
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Nazirlər körfəzdəki vəziyyət müzakirə ediblər.
Lavrov ABŞ-İsrailin Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, İranın nüvə infrastrukturuna hücumlarının qəti şəkildə qəbuledilməz olduğunu söyləyib. Bildirib ki, bu hücumlar Rusiya personalının təhlükəsizliyi üçün qəbuledilməz risklər yaradır və regiondakı bütün ölkələr üçün fəlakətli ekoloji nəticələrə səbəb ola bilər.
Vaşinqton və Təl-Əvivin təhrik etdiyi münaqişənin Xəzər dənizinə təhlükəli şəkildə yayılması ilə bağlı qarşılıqlı narahatlıq ifadə edilib.
Rusiya tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına və bütün tərəflərin, xüsusən də İranın qanuni maraqlarını nəzərə alan siyasi həllin zəruriliyini vurğulayıb. Rusiyanın BMT Təhlükəsizlik Şurasında da bu mövqeyə sadiq qalacağı qeyd olunub.
A.Əraqçi İran İslam Respublikasına göstərilən diplomatik və digər dəstəyə, o cümlədən humanitar yardımın çatdırılmasına görə Rusiya rəhbərliyinə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Mart 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















