Icma.az
close
up
RU
QIŞDA EVİ QIZDIRMAĞIN ƏN UCUZ VƏ TƏHLÜKƏSİZ YOLU... Sakinlər hansını seçməlidir?

QIŞDA EVİ QIZDIRMAĞIN ƏN UCUZ VƏ TƏHLÜKƏSİZ YOLU... Sakinlər hansını seçməlidir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə mənzillərin və fərdi yaşayış evlərinin qışa hazırlığı məsələsi yenidən gündəmə gəlir. Xüsusilə həyət evlərində və köhnə tikililərdə yaşayan sakinlər üçün qış aylarında evin kifayət qədər qızdırılması ilə yanaşı, enerji xərclərinə qənaət etmək də vacib məsələyə çevrilir. Mərkəzi istilik sisteminin olmadığı və ya yetərli istilik verilmədiyi evlərdə sakinlər müxtəlif alternativ vasitələrə üz tuturlar. Bəziləri elektrik qızdırıcılarından, digərləri kondisioner və qazla işləyən istilik sistemlərindən istifadə etməyə üstünlük verir. 

Bəs bu vasitələrdən hansı daha sərfəlidir? Qışda evi həm isti saxlamaq, həm də qaz və elektrik xərclərini minimuma endirmək üçün hansı addımlar atılmalıdır?


Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, qış mövsümündə mənzillərin isidilməsi üçün həm qiymət, həm də təhlükəsizlik baxımından ən sərfəli variant mərkəzləşmiş istilik sistemi — yəni qazanxanalardır. Bu sistemlərdən alınan istilik mənzilin kvadratmetrinə görə hesablanır və maliyyəti olduqca aşağıdır: "Mərkəzləşmiş qazanxanalar əsasən şəhərin mərkəzi hissələrində və mərkəzə yaxın ərazilərdə yerləşir, onların ətrafındakı yaşayış binalarını istiliklə təmin edir. Qazanxana tipli sistemdə enerji sərfiyyatı ümumi hesablandığı üçün vətəndaşlara fərdi qaydada qaz yandıraraq evi isitməkdən qat-qat ucuz başa gəlir.

Bu sistemin digər mühüm üstünlüyü insan həyatı üçün tam təhlükəsiz olmasıdır. Mənzil daxilində hər hansı qaz cihazı və ya qızdırıcı qurğu işləmədiyi üçün qaz sızması, dəm qazından zəhərlənmə və ya yanğın riski yaranmır. Halbuki, mənzillərdə quraşdırılan kombilər və ya kustar üsulla hazırlanmış qızdırıcı sobalar texniki baxımdan müəyyən risklər daşıyır.

Bununla belə, qazanxanaların sayı məhdud olduğu üçün mərkəzləşmiş istilik sistemi bütün binaları və yaşayış massivlərini əhatə etmir. Belə binalarda yaşayan vətəndaşlar qızdırıcı vasitə kimi daha çox kombilərdən, kombi olmayan mənzillərdə isə elektrik qızdırıcılarından və ya köhnə tikililərdəki ənənəvi qaz sobalarından istifadə edirlər. Bu vasitələr isə tam təhlükəsiz sayılmır. Məsələn, qazın verilməsində fasilə yarandıqda və sonradan təchizat bərpa olunduqda mənzilə qaz sızması nəticəsində boğulma, yanğın və ya partlayış baş verə bilər. Elektrik qızdırıcılarının uzun müddət fasiləsiz işləməsi isə naqillərdə qızmaya, qısaqapanmalara və elektrik şəbəkəsinin yüklənərək sıradan çıxmasına səbəb olur".

Ekspertin sözlərinə görə, mərkəzdən kənar qəsəbə və kəndlərdə, xüsusilə Bakıətrafı ərazilərdəki fərdi həyət evlərində isə seçim imkanı daha genişdir: "Burada sakinlər qaz sobaları ilə yanaşı, odun sobalarından və digər alternativ qızdırıcılardan da istifadə edirlər. Lakin qaz təzyiqinin tez-tez dəyişməsi və ya kəsilməsi bu ərazilərdəki qaz sobaları üçün də ciddi təhlükə mənbəyidir.

Ümumilikdə götürdükdə, fərdi yaşayış yerləri üçün optimal variant kombi sistemləri hesab olunsa da, həm qiymətinin ucuzluğu, həm də tam təhlükəsizliyi baxımından ən sərfəli istilik vasitəsi məhz mərkəzləşmiş qazanxana sistemləridir."

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri