Icma.az
close
up
RU
Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

20 noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında, milli qürur və dövlətçilik tariximizdə xüsusi yer tutur. Bu əlamətdar gün təkcə qədim Qarabağ torpağının azadlığa qovuşmasını deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının təntənəsini ifadə edir.

2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması ilə şəhərin tarixində yeni mərhələnin əsası qoyuldu. Otuz ilə yaxın müddətdə işğalın ağır nəticələri ilə üzləşən, düşmən tərəfindən dağıdılaraq xarabalığa çevrilən Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin milli yaddaşımızdakı əhəmiyyətini bir daha təsdiqləyir.

Ağdamın azadlığı Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin mühüm nəticələrindən biri idi. Bu qayıdış, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın birliyinin təcəssümüdür. Ağdamın taleyi bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü təmin etməklə yanaşı, azad edilmiş torpaqlarda həyatın yenidən qurulması üçün də böyük siyasi iradəyə və iqtisadi potensiala malikdir.

Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Şəhərin baş planına uyğun olaraq müasir yaşayış kompleksləri, sosial obyektlər, yollar və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. 2025-ci ilin mart ayından etibarən keçmiş məcburi köçkünlərin Ağdama qayıdışına başlanılması doğma yurda dönüşün artıq real həyat hadisəsinə çevrildiyini göstərir. 2026-cı ildə də yeni yaşayış komplekslərinin və kəndlərin bərpası istiqamətində işlər davam etdirilir.

Ağdamın iqtisadi dirçəlişi də xüsusi əhəmiyyət daşıyır. Ağdam Sənaye Parkının fəaliyyəti, burada yaradılan istehsal müəssisələri və yeni iş imkanları şəhərin gələcəkdə Qarabağın mühüm sənaye və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Nəqliyyat, logistika, enerji və rəqəmsal infrastrukturun inkişafı isə Ağdamın regional əhəmiyyətini daha da artırır. Bununla yanaşı, şəhərin tarixi-mədəni irsinin qorunması və bərpası dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ağdam Cümə məscidi, İmarət kompleksi və digər tarixi məkanlar xalqımızın qədim keçmişini, milli-mənəvi dəyərlərini yaşadan müqəddəs ünvanlardır. Dağıntıların izlərinin qorunması və gələcək nəsillərə çatdırılması isə işğal həqiqətlərinin unudulmaması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Ağdamın simasında biz yalnız yenidən qurulan bir şəhəri deyil, Zəfərdən güc alan Azərbaycanın quruculuq əzmini görürük. Bir zamanlar düşmən vandalizminin rəmzinə çevrilmiş Ağdam indi həyatın, inkişafın və Böyük Qayıdışın ünvanına çevrilir. Burada ucalan hər yeni bina, salınan hər küçə, doğma yurduna dönən hər bir ailə Azərbaycanın tarixi Qələbəsinin davamı və gələcəyə inamının göstəricisidir.

Ağdamın dirçəlişi bundan sonra da sürətlə davam edəcək, bu qədim şəhər öz tarixi şöhrətini müasir inkişaf imkanları ilə birləşdirərək Qarabağın aparıcı mərkəzlərindən birinə çevriləcək. 20 noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında azadlığın, qayıdışın və quruculuğun rəmzi kimi daim yaşayacaqdır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri