Əraqçi: İranın Ağ Evə hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonda (Kolumbiya Dairəsi-red.) kimyəvi silahlardan istifadə etməyi planlaşdırması və bəndlərin altında raket bazaları inşa etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə A. Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, son 72 saat ərzində İsrailə yaxın media orqanlarında bu iddialarla bağlı xəbərlər dərc olunub.
Əraqçi yayılan məlumatları "cəfəngiyyat" adlandıraraq, onları İraq müharibəsi dövründəki təbliğat kampaniyalarına bənzədib.
O, iddiaların arxasında İsrailin olduğunu irəli sürüb və bu cür məlumatların ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Əraqçi İranın məqsədini AÇIQLADI
03 Noyabr 2026 13:40
Əraqçi: İranın zənginləşdirmə hüququ var
03 May 2025 09:59
Abbas Əraqçi: Türkiyə İranın yanındadır
30 Yanvar 2026 15:45
Əraqçi: İranın nüvə silahı əldə etməyə yaxın olması barədə iddialar yalandır
26 Sentyabr 2026 00:45
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
26 İyul 2026 11:13
Baxış sayı:47
Bu xəbər 17 Noyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















