Əraqçi: Son müharibə göstərdi ki, ABŞ hərbi bazalarını belə qoruya bilmir
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, son müharibə ABŞ-nin hətta öz hərbi bazalarını belə müdafiə edə bilmir.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, son müharibələr ABŞ hərbi bazalarının yerləşmədiyi ölkələrin daha az zərər gördüyünü, xaricdəki hərbi bazaların isə müqavimət qüvvələrinin hücumları qarşısında hətta öz maraqlarını belə qoruya bilmədiyini göstərib.
Əraqçi qeyd edib ki, Qətər və Pakistan İranla ABŞ arasında effektiv vasitəçilik rolunu oynayıb. O, hazırda Tehranla Doha arasındakı münasibətlərin kifayət qədər müsbət mərhələdə olduğunu vurğulayıb.
Xarici işlər naziri bölgədə yeni təhlükəsizlik yanaşmasının "kollektiv təhlükəsizlik" və iqtisadi münaqişələrin həllinə əsaslanmalı olduğunu bildirib.
"Əhatəli əməkdaşlıq olmadan Fars körfəzində davamlı sülh mümkün olmayacaq", - Əraqçi deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Avqust 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















