”Əraqçinin səfəri gələcək əməkdaşlıq üçün müsbət siyasi siqnal kimi dəyərləndirilə bilər”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İranın xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfəri Azərbaycan–İran münasibətlərində dialoqa qayıdış və gərginliklərin yumşaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit layihələri, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərinə yönəlib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlunun sözlərinə görə, səfərin mesajı ondan ibarətdir ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq münasibətləri konfrontasiya deyil, diplomatiya yolu ilə tənzimləmək xəttini seçiblər: “”3+3” formatında əməkdaşlığın vurğulanması İran və Azərbaycanın regiondakı geosiyasi proseslərə birgə yanaşma iradəsinin göstəricisi kimi çıxış edir. Bununla belə, əməkdaşlığın real nəticə verməsi üçün iqtisadi layihələrin icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və üçüncü tərəflərin regiondakı təzyiqlərinin balanslı idarə olunması həlledici olacaqə”.
Politoloq əlavə edib ki, ümumilikdə, Əraqçinin səfəri Bakı–Tehran xəttində yeni diplomatik səhifənin açılması və gələcək əməkdaşlıq üçün müsbət siyasi siqnal kimi dəyərləndirilə bilər.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















