Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

“ERASMUS+” un LƏĞVİ XARİCDƏ TƏHSİLİ ƏLÇATMAZ EDƏ BİLƏR... Ekspert alternativ variantları və həll yollarını açıqladı

“ERASMUS+” un LƏĞVİ XARİCDƏ TƏHSİLİ ƏLÇATMAZ EDƏ BİLƏR... Ekspert alternativ variantları və həll yollarını açıqladı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Avropa İttifaqının təhsilə dəstək kimi tanınan “Erasmus+” proqramının Azərbaycanda həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb. İlkin məlumata görə, bu qərar qrant layihələrin qeydiyyata alınmaması və proqramın icrasında yaranan çətinliklərlə əlaqədardır.

Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırovun bildirdiyinə görə, artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına isə xitam verilir.

“İllər boyu “Erasmus+” çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Ümumi büdcəsi 20 milyon manata yaxın olan beş layihənin icrasının dayandırılmasının Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsirləri olacaq. Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır”, – deyə o, qeyd edib.

Məlumat üçün bildirək ki, “Erasmus+” proqramı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və tələbə, müəllim mübadiləsi, elmi tədqiqatlar və universitetlərarası əməkdaşlığı təşviq edən bir təşəbbüsdür. Bu proqram vasitəsilə tələbələr Avropa universitetlərində təhsil almaq, yeni bacarıqlar qazanmaq və fərqli mədəniyyətlərlə tanış olmaq imkanı əldə edirlər. 2015-ci ildən etibarən Azərbaycanda da fəaliyyət göstərməyə başlayan bu proqramda ölkəmizdəki 32 ali təhsil müəssisəsi iştirak edirdi. Məlumata görə, indiyədək, yəni, son 10 ildə proqram çərçivəsində 5 mindən artıq tələbə və müəllim Avropanın bir sıra nüfuzlu universitetlərində təhsil alıb.

Erasmus+ prqoramının fəaliyyətinin dayandırılması ilə bağlı Elm və Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışdıq. Nazirlikdən saytımızın əməkdaşına bildirildi ki, sözügedən proqramın dayandırılması nazirliyə bağlı səbəbdən baş verməyib. Qurumdan məsələyə dair əlavə şərh verilməyib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov hesab edir ki, xaricdə təhsilin əhəmiyyətli olması ilə yanaşı digər məsələ – orada təhsil alan gənclərin sonrakı fəaliyyəti də düşündürücüdür.

O, qeyd edib ki, Azərbaycandan müstəqil şəkildə xaricə gedən gənclər sonradan xarici təsir dairəsinə düşür:“Təhsil ardına xaricə gedən gənclərin hamısının xarici təsir altına düşməsini demək olmaz. Amma 10 nəfərdən 7-8-i vicdanla qayıdırsa, 1-2 nəfəri də xarici təsir altında qayıdır. Sonradan dövlətə, dövlətçiliyə qarşı onlardan yararlanırlar. Bunu görmək üçün peyğəmbər olmağa da ehtiyac yoxdur. Xaricdə oxumağa gedən gənclər ilk növbədə vətəndaşı olduqları dövlətin maraqlarını düşünməlidir. Bu sahədə sərbəstlik olduğu üçün bəzən təəssüf doğuran hallarla qarşılaşırıq. Bu baxımdan həmin proqramın bağlanması haqqında qəti fikir deyə bilmərəm”.

Təhsil eksperti Kamran Əsədov isə “AzPolitika”-ya şərhində bildirib ki, “Erasmus+” proqramının Azərbaycanda fəaliyyətinin dayandırılması təhsil sisteminə bir neçə istiqamətdə təsir göstərə bilər: “Bu proqramın əsas məqsədi tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və təcrübə imkanları yaratmaq, akademik mübadilə proqramları vasitəsilə beynəlxalq təcrübənin artırılması və universitetlərarası əməkdaşlığı gücləndirmək idi. Bu səbəbdən, onun ləğvi tələbələr, ali təhsil müəssisələri və akademik tədqiqatçılar üçün bir sıra çətinliklər yarada bilər. Son illərdə “Erasmus+” proqramı vasitəsilə yüzlərlə tələbə xaricdə təhsil almaq imkanı əldə edirdi. Hər il müxtəlif universitetlərdən tələbələr bu proqram çərçivəsində Avropa universitetlərində bir və ya iki semestrlik təhsil alır, həmçinin magistr və doktorantura səviyyələrində araşdırmalar aparmaq imkanı qazanırdılar. Proqramın maliyyə dəstəyi çərçivəsində tələbələr təhsil və yaşayış xərclərini qarşılayırdı. Bu bazımdan maddi imkanları məhdud olan gənclər üçün xaricdə təhsil daha əlçatan olurdu”.

Ekspert qeyd edir ki, “Erasmus+” təqaüdlərinin ləğvi xüsusilə imkansız tələbələr üçün ciddi çətinliklər yarada bilər: “Çünki bir çox gənc üçün bu proqram xaricdə təhsil almağın yeganə yolu idi. Bundan əlavə, “Erasmus+” universitetlərarası əməkdaşlığı təşviq edir, elmi tədqiqatları və beynəlxalq akademik mühitin gücləndirilməsinə töhfə verirdi. Müxtəlif universitetlər arasında bağlanan müqavilələr çərçivəsində müəllimlər və tədqiqatçılar Avropa universitetlərində çalışır, beynəlxalq konfranslarda iştirak edir və birgə layihələr həyata keçirirdilər. “Erasmus+” proqramının dayandırılması universitetlərin qlobal şəbəkələrə inteqrasiyasını çətinləşdirə və ali təhsil sisteminin beynəlxalq əlaqələrinin zəifləməsinə səbəb ola bilər.

Azərbaycan universitetləri üçün bu, akademik mühitin qapalı hala gəlməsi və beynəlxalq təcrübədən daha az faydalanmaq deməkdir. Bu proqramın dayandırılması həmçinin ölkədə ali təhsilin keyfiyyətinə də mənfi təsir edə bilər. “Erasmus+” tələbələrə müxtəlif təhsil sistemlərini görmək, yeni metodologiyaları öyrənmək və Avropa universitetlərində tətbiq olunan müasir yanaşmalarla tanış olmaq imkanı verirdi. Bu isə həm tələbələrin, həm də müəllimlərin bacarıqlarını inkişaf etdirir və təhsil keyfiyyətinin yüksəldilməsinə kömək edirdi”.

K. Əsədovun sözlərinə görə, bu cür beynəlxalq təcrübələr olmadan, təhsil sistemində yeniliklərin və qlobal trendlərin tətbiqi bir qədər ləngiyə bilər.


Ekspert əlavə edib ki, “Erasmus+” proqramının dayandırılması alternativ təhsil imkanlarına olan tələbatı artıracaq: “Xaricdə təhsil almaq istəyən tələbələr üçün bir neçə alternativ proqram mövcuddur. Bunlardan biri Almaniya hökumətinin maliyyələşdirdiyi “DAAD” proqramıdır ki, bu proqram tələbələrə Almaniyada təhsil almaq və araşdırmalar aparmaq üçün təqaüdlər təqdim edir. ABŞ hökumətinin “Fulbright” proqramı da magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar yaradır. Böyük Britaniya hökumətinin “Chevening” proqramı isə idarəçilik və liderlik sahəsində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Türkiyənin “Mevlana” Mübadilə Proqramı və digər ölkələrin ikitərəfli təhsil proqramları da müəyyən alternativlər yarada bilər. Bundan əlavə, bəzi universitetlər beynəlxalq təhsil proqramları çərçivəsində ikili diplom proqramları həyata keçirir. Bu proqramlar vasitəsilə tələbələr təhsillərinin müəyyən hissəsini xaricdə keçə bilər və məzun olduqdan sonra həm Azərbaycan, həm də xarici universitetin diplomunu əldə edirlər. Həmçinin, onlayn təhsil platformaları, məsələn, “Coursera” və “edX” kimi beynəlxalq layihələr, tələbələrə dünyanın ən yaxşı universitetlərində kurslar keçmək və sertifikatlar əldə etmək imkanı verir. Bu kimi alternativlər Erasmus+ proqramının yaratdığı boşluğu tam doldurmasa da, müəyyən imkanlar təqdim edir”.

K. Əsədov onu da qeyd edib ki, proqramın dayandırılması tələbələr və universitetlər üçün çətinliklər yaratsa da, onun əvəz edilməsi üçün müəyyən addımlar atıla bilər: “İlk növbədə, hökumət səviyyəsində yeni beynəlxalq əməkdaşlıqların qurulması və digər ölkələrlə tələbə mübadiləsi proqramlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, yerli universitetlər daha çox ikili diplom proqramları təşkil etməli və tələbələrə beynəlxalq təcrübə qazandırmaq üçün alternativ yollar yaratmalıdır. Dövlət tərəfindən xaricdə təhsil üçün ayrılan təqaüd proqramları genişləndirilməli və daha çox tələbənin bu imkanlardan yararlanması təmin olunmalıdır. “Erasmus+” proqramının dayandırılması təhsil sisteminə mənfi təsir göstərsə də, bu vəziyyətdən çıxış yolları mövcuddur. Universitetlərin beynəlxalq əlaqələri gücləndirməsi, tələbələrin alternativ təqaüd proqramlarına yönləndirilməsi və hökumətin bu sahədə yeni təşəbbüslər irəli sürməsi ilə bu təsirləri minimuma endirmək mümkündür. Təhsil sektorunda çevik yanaşmalar tətbiq edildikdə və yeni alternativlər yaradıldıqda, tələbələr və akademik personal beynəlxalq təcrübə qazanmaya davam edə bilər. Bunun üçün isə həm dövlət, həm universitetlər, həm də tələbələr fəal şəkildə alternativ imkanlar üzərində işləməlidirlər”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri