Icma.az
close
up
RU
Ərdoğan: “Adanın huzurunu pozan, qarışıqlıq yaratmaq istəyənlərə icazə vermərik”

Ərdoğan: “Adanın huzurunu pozan, qarışıqlıq yaratmaq istəyənlərə icazə vermərik”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kipr türk xalqının, bərabər ortağı olduğu adada suveren bərabərlik və beynəlxalq hüquq çərçivəsində bərabər statusunun gec-tez təmin ediləcəyini bildirərək, “Adanın sakitliyini pozan, həssaslıqları qurdalayan, qarışıqlıq yaratmaq istəyən yanaşmalara da icazə vermərik”, – deyib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) etdiyi səfərdən dönüşdə təyyarədə gündəmə dair dəyərləndirmələr edib və jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan səfəri çərçivəsində Türkiyə tərəfindən üç il ərzində tikintisi tamamlanan Cümhuriyyət Kompleksinin açılışını etdiklərini xatırlatdı. Ərdoğan, “Möhkəm dövlət, nüfuzlu gələcək” şüarı ilə ŞKTC-yə qazandırdıqları, 25 min 210 kvadratmetrlik sahəyə sahib olan layihədə Prezidentlik binası, 600 nəfərlik 2 konfrans zalı, 400 nəfərlik qəbul salonu, 52 iş ofisi və 109 avtomobillik dayanacağın yer aldığını bildirdi.

20 min kvadratmetrlik ərazidə inşa edilən Məclis binasında isə Prezidentlik və Baş nazirlik otaqları, 157 nəfərlik ümumi iclas zalı, 25 millət vəkili otağı, nazirlər üçün toplantı salonu, 135 nəfərlik konfrans zalı və bir kitabxana yerləşir. Ərdoğan: “290 min kvadratmetri yaşıl sahə olaraq planlaşdırılan Millət Bağçamız, yenə 2 min 252 nəfərlik Millət Məscidimizin inşası davam edir. Kompleksimizin son mərhələsi olan Ali Məhkəmə və Millət Kitabxanasının tikintisinə başlamışıq. İnşallah onları da qısa müddətdə istifadəyə verəcəyik. Şimali Kipr Türk Cümhuriyyətimizin gücünə və nüfuzuna yaraşan belə bir əsəri Kipr türkü qardaşlarımıza qazandırmaqdan məmnunuq. Yeni kompleksin xeyirli olmasını diləyirəm”, - deyə əlavə edib.

Ərdoğan kompleksin açılışından sonra bu il ilk dəfə ŞKTC-də təşkil edilən TEKNOFEST 2025-ə qatıldıqlarını bildirib. O, 6 əsas kateqoriya və 13 alt kateqoriyada keçirilən, gələcəyin əsas texnologiya sahələrini əhatə edən yarışmalara texnologiya həvəskarı olan 22 fərqli ölkədən təxminən 50 min gəncin qatıldığını bildirib. Ərdoğan yarışmalarda iştirak edən bütün gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri