Ərdoğan Bərzani ilə müzakirə APARDI
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzani ilə görüşüb.
"Unikal" xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Türkiyə liderinin Administrasiyasının məlumatına görə, Prezident Ərdoğan qonşu Suriyada baş verən hadisələr fonunda İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Bölgədə sabitliyin pozulmasının yeni mərhələlərinin qarşısının alınması üçün atılan addımların vacibliyi və “Suriyanın gələcəyində terrorizmin mövcudluğunun” yolverilməzliyi vurğulanıb.
Region ölkələrinin rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin, o cümlədən “İnkişaf Yolu” (Kalkınma Yolu) nəqliyyat-logistika təşəbbüsünün həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 07 Yanvar 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















