Ərdoğan G20 sammitində Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna və Fələstin-İsrail münaqişələrinin həlli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Braziliyada keçirilən G20 sammitində çıxışlarının əsas mövzusu olacaq.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
“Prezident Ərdoğan əvvəllər dəfələrlə Qəzza və Ukraynada nizamlanma təklifləri ilə çıxış edib və Ankaranın bu problemlərlə bağlı təşəbbüslərini yenidən səsləndirəcəyi gözlənilir”, - deyə vurğulanıb.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” nəşri bildirmişdi ki, Ərdoğan G20 sammitində Ukraynada hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulmasını, Donbassın şərqində hərbisizləşdirilmiş zonanın yaradılmasını və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edəcək.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















